Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Martda əfv olacaqmı?
Martda əfv olacaqmı?6-01-2018, 17:39 |
Hər bayram öncəsi məhbus ailələrinin gözü yolda qalır, bəlkə yaxınları bu dəfə əfvə düşər və azadlığa çıxıb bayramı ailəsi ilə qeyd edər deyə... Hər kəs Yeni il öcəsi əfv fərmanı veriləcəyini gözləsə də, bu baş vermədi. İndi ümidlər mart ayına, yəni Novruz bayramına qalıb. Xatırladaq ki, ötən il də əfvlə bağlı sərəncam məhz mart ayında imzalanmışdı. Maraqlıdır, bu il də martda əfv sərəncamı verilə bilərmi? Əgər əfv olarsa, siyasi məhbusların bu əfvə düşmə ehtimalı varmı? Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev mart ayında əfv ola biləcəyini dedi: “Güman edirəm ki, mart ayında əfv olacaq. Çünki ötən il də mart aynda olmuşdu. Əfv sərəncamı hər il bir qayda olaraq prezidnet tərəfindən imzalanır. Prezindetin apardığı humanist siyasət nəticəsində hər zaman bu əfv sərəncamları qəbul edilib. Güman edirəm ki, ötən il olduğu kimi bu il də Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalandığının şahidi ola bilərik. Amma bu barədə konkret nəsə demək düzgün olmazdı. Çünki bu prezindetin səlahiyyətlərinə aid olan bir məsələdir. Amma onu qeyd etməliyəm ki, Əfv Komissiyasının katibliyinə və sektoruna mütəmadi olaraq həm məhkumların özləri, həm onların nümayəndələri, vəkilləri, həm də Qeyri Hökumət Təşkilatları tərəfindən, o cümlədən deputatlar tərəfindən əfv müraciətləri daxil olmaqdadır. Daxil olan hər bir müraciət diqqətlə araşdırılır. Hər bir müraciətlə bağlı müvafiq arayışlar hazırlanır və bu arayışlar Əfv Komissiyasının sədrinə təqdim olunur, olunmaqda da davam edəcək. Proses fasiləsiz olaraq gedir. Əfv Komissiyasının üzvləri olaraq bizə də vətəndaşlar tərəfindən müraciətlər daxil olur. Biz də bu müraciətləri Əfv Komissiyasının katibliyinə yönəldirik. Bilirsiniz ki, 2018-ci il Azərbaycanda həm də taxiri hadisələrlə bağlı olan bir ildir. Bu tarixi hadisələrdən biri də Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyidir. Nəzərə almaq laızmdır ki, Azərbaycan Resublikasının prezidenti 2017-ci il 10 fevralında penitensiar sahə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam vermişdi”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu marta qədər bir çox siyasi məhbusun azadlığa çıxacağını dedi: “Bu il yanvar ayında əfv olmasa da, çox adam azadlığa buraxıldı. Qanuna görə cinayət işinin yüngüllük dərəcəsinə görə əksər insanlar azadlığa buraxılıb. Mən hesab edirəm ki, marta qədər bir çox siyasi məhbus da azadlığa çıxacaq”. \\musavat.com\\ Geri qayıt |