Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ""Gəlin" konsertinə satılan biletlərlə ehtiyatlı olun"

""Gəlin" konsertinə satılan biletlərlə ehtiyatlı olun"


22-01-2018, 12:20
""Gəlin" konsertinə satılan biletlərlə ehtiyatlı olun"
"Bu şəhərdə"nin mart ayında nəzərdə tutulan konserti üçün bilet alan şəxs xoşagəlməz halla üzləşib.

GoldNews.az xəbər verir ki, 240 AZN ödəyərək 3 nəfər üçün konsertə bilən alan Fəridə Cavadlı üzləşdiyi problemlə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Qadının sözlərinə görə "Gənclik mall"da yerləşən "iTicket" şirkətinə məxsus kassadan konsert üçün bilet alıb. Sonra müəyyən səbəblərdən dolayı konsertə gedə bilməyəcəyini anlayaraq onu geri qaytarmaq istəyib. Lakin buna müvvəffəq olmayıb. Belə ki, kassadan ona bildirilib ki, biletlər yalnız 30% cərimə ilə geri qaytarıla bilər. Qadın bildirib ki, "iTicket" şirkətinin nə rəsmi saytında, nə də biletdə qaytarılmanın mümkün olmadığı və cərimənin olduğu barədə heç bir qeyd verilməyib.

Bu barədə məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov konsertə bilet alarkən hər kəsi ehtiyatlı olmağa çağırıb.

""Gəlin" konsertinə satılan biletlərlə ehtiyatlı olun."Azad İstehlakçılar"İctimai Birliyinə (AİİB) daxil olan ərizəni nəzərinizə çatdıraraq bildirirəm ki, bu şikayəti mediasiya yolu ilə həll etmək üçün bilet satan şirkətin əməkdaşı Tamilla xanımla əlaqə saxladıq.Tamilla xanımın cavabı bu oldu: Bizim öz qanunlarımız var, necə istəyirik, elə də hərəkət edərik" .AİİB istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının qorunması xidmətinə və Vergilər Nazirliyinə rəsmi müraciətlər göndərilib. Yenə də köməyi dövlətimizdən istəyək".


""Gəlin" konsertinə satılan biletlərlə ehtiyatlı olun"
Geri qayıt