Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Musa Pənahov və Arif Əsgərov da ixtisara düşdülər

Musa Pənahov və Arif Əsgərov da ixtisara düşdülər


22-01-2018, 12:37
Musa Pənahov və Arif Əsgərov da ixtisara düşdülər
Xəbər verdiyimiz ki, prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib.

Unikal.org-un əldə etdiyi məlumat görə, prezidentin təsdiq etdiyi struktur sənədində keçmiş nəqliyyat nazirinin müavinləri Arif Əsgərov və Musa Pənahov sözügedən sənəddə yer almayıblar. Onlar nazir müavini vəzifələrindən azad olunublar.

Qeyd edək ki, prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadəyə hələlik nəqliyyat üzrə müavin təyin etməyib.

Geri qayıt