Əsas Səhifə > Güney Press, Reklam > Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi
Barama-dan Startuplar üçün uğurlu təqdimat və PR təlimi22-01-2018, 16:32 |
DİA.AZ: - Azercell Telekom Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin timsalında startupları inkişaf etdirmək onlara dəstək məqsədilə maarifləndirici təlim sessiyalarını davam etdirir. Bu təlimlərdən biri də "Startuplar üçün uğurlu təqdimat və PR" mövzusunda keçirilib. Ötən ilin noyabr ayından start götürən təlim sessiyasında təlimçi isə Almaniya, Böyük Britaniya və Amerikada media və kommunikasiya sahəsində təhsil və təcrübə proqramlarının iştirakçısı Ellada Mustafayeva olub. İştirakçılar uğurlu təqdimatın hazırlanması, auditoriyanın qiymətləndirilməsi, informasiyanın hazırlanması, idarə olunması və ictimaiyyətə çatdırılması, ictimaiyyətlə əlaqələr üzrə xidmət və mütəxəssislərin funksiyaları, PR-kampaniya və aksiyaların keçirilmə texnologiyası, ictimaiyyətlə əlaqələrdə tədbirlərin formaları, sosial mediada PR, fərdi və korporativ brendinqin formalaşdırılması media əlaqələrinin inkişaf etdirilməsi, sosial mediadan effektiv istifadə kimi mövzularda faydalı və praktik məlumatlar əldə ediblər. DİA.AZ xəbər verir ki, təlimin sonuncu günündə yekun müzakirələr aparılıb və iştirakçılarına təlim kursunu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikatlar təqdim olunub. Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 8 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. Geri qayıt |