Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Görün, bu quruma kim rəhbərlik edir...
Görün, bu quruma kim rəhbərlik edir...24-01-2018, 12:46 |
Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən təhsil sistemi haqqında hər gün yeni məlumatlar yayılır. Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan ölkə təhsilində baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur. Ölkənin tale yüklü strukturuna, dövlətin, xalqın gələcəyini təmin edən bir sahəyə biznes maraqlarından yanaşmaq, qazanc mənbəyinə çevirmək ən azından dövlətə və xalqa xəyanətə bərabərdir. Bu dəfə Gəncə təhsil sistemində baş verən özbaşınalıq və qanunsuzluqlar haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Redaksiyamıza daxil olan məlumatlarda Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov və onun yaxın ətrafının açıqdan-açığa dövlətə qarşı olan fəaliyyətindən bəhs olunur. Zakir Hüseynov, onun direktor qaynı və bir siyasi təxribatın tarixçəsi Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun ölkənin ikinci böyük şəhərində saxta atestat qalmaqalından tutmuş, direktorlardan kütləvi şəkildə pul yığılmasına qədər müxtəlif məsələlərdə adı hallanıb. Bu məqamları yenidən təkrarlamaq istəmirik. Ancaq təhsil müdiri ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda tək korrupsiya və rüşvətxorluq deyil, həm də siyasi xəyanət sayıla biləcək bir məqama rast gəldik. Təxminən iki il öncə Facebook sosial şəbəkəsində “azeurotimes.wordpress.com” adı altında dövlətimizin yüksək vəzifəli şəxsləri haqda böhtan dolu material paylaşılmışdı. Bu materialı və ya şər və böhtanı yayanlar təxribat yaratmağa cəhd etsələr də hüquq-mühafizə orqanları daha çevik hərəkətə keçərək onları saxlamışlar. Nəticədə şantaj və böhtan dolu materialları sosial şəbəkədə yayanların çirkin niyyətlərinin qarşısı alınmışdı. İndi isə cumhuriyyet.az olaraq bu olayla bağlı internet mediasında yayılmış məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Sosial şəbəkədə təxribatla məşğul olan qrupun rəhbəri Qafar Nəcəfov adlı şəxs olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum oldu ki, Qafar Nəcəfov Gəncənin 26 saylı orta məktəbinin direktoru Valeh Rüstəmovun yaxın qohumu, daha doğrusu kürəkənidir. Valeh Rüstəmov isə Gəncə təhsilinə rəhbərlik edən Zakir Hüseynovun qaynı olmaqla yanaşı, həm də Təhsil nazirliyinin daxili nəzarət şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin yaxın dostudur. Valeh Rüstəmovun qızı, təxribatçı Qafar Nəcəfovun həyat yoldaşı Elnarə hazırda Gəncə şəhər Təhsil idarəsində mühasibatlıqda 9, 11 nömrəli məktəblərin mühasibi kimi çalışır. Valeh Rüstəmovun digər qızı Qurbanova Luiza Valeh qızı isə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi 79 ünvanında yerləşən Samir Vəliyev adına 34 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışır.” Saxta diplom və təhsil şefinin himayədarlığı Sonuncu fakt, V.Rüstəmovun ingilis dili müəllimi işləyən qızı ilə bağlı da ilginc iddialar var. Belə ki, cumhuriyyet.az yerli mediada gedən xəbərlərə əsasən bildirir ki, L.qurbanovanın orta məktəbdə müəllim kimi çalışması qeyri-qanunidir: “Qurbanova Luiza güya Özbəkistan Respublikasında hüquq sahəsində ali təhsili alıb, ancaq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanımması və ekvalentliyinin müəyyən edilməsi(Nastrifikasiyası) qaydalarının təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kobinetinin qərarına əsasən Təhsil Nazirliyinin xaricdə təhsil sahəsində xüsusi yaradılmış nostrifikasiya şöbəsinim müvafiq yoxlamasından sonra diplomun Azərbaycan Respublikası ərazisində keçərli olmasını təstiqləyən şəhadətnamə verildikdən sonra keçərli sayılır. Lakin Luiza Qurbanova bu qaydaların heç birinə əməl etmədən fəaliyyət göstərir. Bəs necə oldu ki, Qurbanova Luiza Valeh qızı Samir Vəliyev adına 34-saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir? Qurbanova Luizanın atası Rüstəmov Valeh Polad oğlu 1998-ci ildə həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda Valeh Rüstəmov Gəncə şəhəri Zülfi Hacıyev küşəsi 58 ünvanında yerləşən 26-saylı tam orta məktəb lisey kompleksinin direktorudur. Valeh Rüstəmov Gəncə içtimayətinə, və təhsil işçilərinə dövlət büdcəsini qeyri qanuni yollarla, talamaqla və küllü miqdarda maliyyə pozuntusunna yol verməsi ilə kifayyət qədər tanınmış bir şəxsdir. Valeh Rüstəmov Samir Vəliyev adına 34-saylı məktəbin direktoru olduğu vaxt və o, zaman Gəncə şəhərində kifayyət qədər nüfuzu malik olan və saxta diplomlar paylayan Azərbaycan Müəllimlər İstitutunun Gəncə filialının müdiri Ramiz Məmmədovun köməkliyi ilə saxta diplom alaraq Gəncə şəhər Samir Vəliyev adına 34-saylı tam orta məktəbə Rüstəmov Valeh Polad oğlunun 2001-ci ildə verdiyi məktəb daxili əmrlə Qurbanova Luiza Valeh qızı saxta diplomla ingilis dili müəllimi vəzifəsinə təyin edilir”. Hal-hazırda Samir Vəliyev adına 34-saylı tam orta məktəbin direktoru olan Xəlilov Yuris Şamil oğlu isə bu vəziyyətin qarşısında aciz qalaraq, hətda Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filiyalının neqativ hallarının araşdırılması zamanı, saxta diplomlarla ümum təhsil orta məktəblərində çalışan müəllimlərin müəyyənləşdirilməsi və işdən azad olunduqları tədqirdə Xəlilov Yuris Şamil oğlu Qurbanova Luizanın saxta olan sənədlərini Gəncə Şəhər Təhsil idarəsinin müdiri Zakir Hüseynovun göstərişi ilə üzə çıxarılmayıb, çünki Qurbanova Luizanı saxta diplomla işə qəbul edən Rüstəmov Valeh Polad oğlu Zakir Hüseynovun qayınıdır. Geri qayıt |