Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "LUKOİL"un yanacaqdoldurma məntəqəsində ŞOK FIRILDAQ
"LUKOİL"un yanacaqdoldurma məntəqəsində ŞOK FIRILDAQ9-02-2018, 12:57 |
"Hadisə ötən gün saat 16:15 radələrində, maşın bazarının yaxınlığında, " Su Səsi" restoranı ilə üzbəüz, yeni və müasir tipli LUKOİL yanacaqdoldurma məntəqəsində baş verdi. 50 manat verib deyirəm ki, 20 manatlıq dizel vurun. Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədir? Deyir elə bildim, 5 deyirsən. Əlqərəz, 15 manat da alıb, yanacaq vurur. Maşını işə salıram, bakda yanacağa baxıram: 35 litr!" GoldNews.Az xəbər verir ki, LUKOİL-in yanacaqdoldurma məntəqələrindən birində belə bir dələduzluqla jurnalist, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür qarşılaşıb. Jurnalistin açıqlamasına görə, məntəqə işçisini çağırıb və iradını bildirib: "Deyirəm, ay kişi, bunun 333 qramın at o yana, elə 33 litr sən vurmalı idin 20 manata düzdürmü? Deyir:hə. Deyirəm, mən bura 2 litr yanacaqnan gəlmişəm? Bakda 2 litr yanacaq qalsa, səncə işləyər maşın? Əlqərəz, qırımımı görüb, deyir maşını ver arxaya, təzədən 5 manatlıq vurum. Bayaq 1-ci "skorosnan" vurmuşam, getmiyib yəqin! Hayasızlığa bax. Təzədən 5 manatlıq yanacağımı vurub və gəlib bir daha həyasızcasına deyir ki, aşağı "skorosnan" vurmuşdum, yəqin ona görə elə olub". Yaxşı, bəlkə mən baxmayaydım bakdakı yanacağa. Və ya maşın elə maşın olaydı ki, bakdakı yanacağı göstərməyəydi. (Nəzərə alın ki, maşınların 75 faizində litrlə göstərici yoxdur, adi göstərici cihazda da bu qədər dəqiqliklə bilmək olmur. Bəs onda? Mən o işçinin başına oyun aça bilərdim. Bilirsiz niyə etmədim? Çünki bu fərdi məsələ deyil. LUKOİL şirkət olaraq oğurluq edir. Bütün YDM-lərdə ümumi bir yanacaq kəsmə olayı var. İşçi də görür ki, müdiriyyət oğrudu, özü də oğurluq edir. Yəni məsələ "qapının astanası" məsələsidir. Ona görə bir işçinin başına oyun açmaqla nəsə düzələcəyinə inanmadığımdan dəymədim. Yazığım gəldi". Geri qayıt |