Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vaqif Abdullayevlə Yaşar Səfərov arasındakı qalmaqal böyüyür

Vaqif Abdullayevlə Yaşar Səfərov arasındakı qalmaqal böyüyür


14-02-2018, 15:46
Vaqif Abdullayevlə Yaşar Səfərov arasındakı qalmaqal böyüyür
Müdafiə Nazirliyinin N saylı korpusun kadrlar idarəsinin sabiq rəisi Yaşar Səfərovla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb


Beyləqan rayon sakinlərinin Tendensiya.com-a verdiyi məlumata görə, Yaşar Səfərov korrupsiyaya yol verməkdə şübhəli bilinir.

Məlumatda bildirilir ki, Yaşar Səfərov artıq hüquq-mühafizə orqanları tərəfindən dindirilib və araşdırmalar davam edir.

Vaqif Abdullayevin Yaşar Səfərova açılan cinayət işində hansı rolu oynadığını dəqiqləşdirmək mümkün olmadı.

Qeyd edək ki, Yaşar Səfərov 2017-ci ilin sonlarında silahlı qüvvələrdən tərxis olunub.

Əvvəlki yazılarımızda Beyləqan rayon icra başçısı ilə keçmiş hərbçi Yaşar Səfərov arasında qalmaqal yaşanması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda icra başçısı Vaqif Abdullayevin keçmiş hərbçiyə nə torpaq sahəsini, nə də pulunu vermədiyi əksini tapmışdı.

Yaşar Səfərov Tendensiya.com-a münasibət bildirərək qeyd etmişdi ki, yayılan məlumat əsassızdır və Vaqif Abdullayevi (icra başçını – red) tanımır.

Onuda qeyd etmişdik ki, Beyləqan rayon Təzəkənd kənd sakinləri rayonda 10-a yaxın obyekt, torpaq sahəsi, Bakı şəhərində 5-6 mənzil, Göygöldə villa, rayonda 200 hektara yaxın torpaq sahəsi və qiyməti milyona yaxın ölçülən böyük heyvandarlıq təsərrüfatına sahib olan Yaşar Səfərovdan narazıdırlar. Onun qısa müddət ərzində varlanmasının arxasında qaranlıq məqamların olduğunu bildirmişdilər.

Yaşar Səfərovla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt