Əsas Səhifə > Güney Press, Reklam > Bölgədən bölgəyə keyfiyyətli mobil internet şəbəkəsi ilə növbəti hədəflərə doğru

Bölgədən bölgəyə keyfiyyətli mobil internet şəbəkəsi ilə növbəti hədəflərə doğru


28-02-2018, 16:30
Bölgədən bölgəyə keyfiyyətli mobil internet şəbəkəsi ilə növbəti hədəflərə doğru
DİA.AZ: - Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat təqdim olundu. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.

DİA.AZ xəbər verir ki, maliyyə göstəriciləri

Azercell şirkəti tərəfindən 2017-ci ildə dövlət büdcəsinə 179,7 milyon manat, 21 il ərzində isə dövlət büdcəsinə 1 milyard 637,5 milyon manat vergi ödənildi. Lider mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2017-ci ildə 41 milyon 837 min 259 manat, 1996-2017 illər ərzində 1 milyard 467 milyon 779 min 40 ABŞ dolları sərmayə yatırdı.

Şəbəkə Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. 2017-ci ildə Azercell abunəçilərinin xidmətində olan ümumi Radio Baza Stansiyalarının sayı 5506-ya bərabər idi: 2G və 3G 4957; 4G stansiyaları- 549. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.

Müştəri fokusda

Müştəri məmnuniyyətini hər zaman öndə tutan Azercell Telekom ölkədə Müştəri Loyallığını ölçən ilk şirkətdir. Belə ki, şirkət 2017-ci ilin II rübü üçün Beynəlxalq Abunəçi Loyallığı İndeksi olan NPS qiymətləndirilməsində bütün rəqiblərini qabaqlayaraq 63% göstərici toplamışdır. Müştəri Məmnuniyyəti Sorğusunda isə Azercell-in əldə etdiyi nəticə 81% -ə bərabər oldu. Qeyd edək ki, hər iki rəqəm beynəlxalq standartlara görə yüksək göstəricidir.

Səmərəli Müştəri Xidmətləri fəaliyyətinə görə Azercell beynəlxalq keyfiyyətin idarəolunması standartı üzrə ISO sertifikatlarını yenilədi:

• ISO 18295-1:2017 müştərinin təmas nöqtələrində xidmət tələblərinə gözlənilən və gözləniləndən üstün səviyyədə uyğunluq

• ISO 10002:2014 Müştəri şikayətlərinin həllinin idarəedilməsi

Sosial şəbəkələr vasitəsilə müştərilərin sorğularını ən operativ cavablamaya görə Azercell Socialbakers şirkətinin ölkə üzrə yeganə 100% göstərici ilə “Socially Devoted” sertifikatlarına layiq görüldü.

Azercell-in korporativ müştərilərinə göstərdiyi yüksək xidmət və unikal təkliflər nəticəsində 2017-ci ildə 1 400-dən artıq yeni şirkət öz rabitəsini Azercell-ə etibar edərək, onun korporativ müştəriləri sırasına qoşuldu.

Azercell 2017-ci ildə yeni konsepsiyalı “Azercell Eksklüziv” mağazalarını abunəçilərin istifadəsinə verdi. Müştərilərə bir məkanda müxtəlif növ xidmət təqdim edən, rahat seçim etmək imkanı verən, Nordic konsepsiyasına uyğun olaraq qurulmuş yeni mağazalar Bakı, Xırdalan, Quba, Xaçmaz şəhərlərində açıldı.

Azercell 2017-ci ildə keçirdiyi sərfəli və güzəştli kampaniyalar ilə də abunəçilərini sevindirdi. iPhone cihazlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olan Azercell Telekom-un təklif etdiyi kampaniyalar nəticəsində abunəçilər iPhone smartfonlarına sahib olmaqla yanaşı, sərfəli “Hədsiz” tarif paketindən yararlanmaq imkanı da qazandılar. Nəticədə, Azercell abunəçiləri arasında smartfon penetrasiyası 20% artdı.

Məhsul və xidmətlər

Azərbaycanın rabitə bazarına innovativ yeniliklər və müasir xidmətlər gətirən Azercell ötən il də bu sahədə fərqlənib. Ölkəmizdə ilk dəfə “Virtual ATS” xidmətini istifadəyə verməklə Azercell şirkətlərə rabitənin yeni səviyyəsindən yararlanmaq imkanı yaradıb. Bu həll şirkətlərə mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. “Virtual ATS” xidmətilə şirkətlər daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid çoxkanallı nömrə əldə edir. Xidmət mövcud və potensial müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və bölmələri arasında rabitənin effektivliyini artırır.

Geri qayıt