Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Fuad Abbasova qarşı olan hücumlar hamımıza, Azərbaycan həqiqətlərinə qarşı olan hücumdur"

"Fuad Abbasova qarşı olan hücumlar hamımıza, Azərbaycan həqiqətlərinə qarşı olan hücumdur"


13-03-2018, 12:54
"Fuad Abbasova qarşı olan hücumlar  hamımıza, Azərbaycan həqiqətlərinə qarşı olan hücumdur"
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı erməni təzyiqləri nəticəsində işini, indi də evini itirən, Moskvada yaşayan azərbaycanlı araşdırmacı jurnalist Fuad Abbasovla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, diaspor rəhbərlərinə, Azərbaycan ictimaiyyətinə müraciət edib.

QAT mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda deyilir: "Rusiyanın müxtəlif telekanallarında erməni yalanlarını cəsarətlə ifşa edən, Azərbaycan, Qarabağ həqiqətlərini çəkinmədən milyonlarla insan auditoriyasına çatdıran azərbaycanlı jurnalist Fuad Abbasova hamının gözü qarşısında ermənilər tərəfindən divan tutulur. Fuad Abbasova qarşı olan hücumlar hamımıza, Azərbaycan həqiqətlərinə qarşı olan hücumdur. Bunu hər kəs bilməli, bu haqsızlıqlara görə susmamalı, dəyərli həmvətənimizi müdafiə etməlidir. Fuad Abbasov həm həqiqətin tərəfdarı, həm də dəyərli Azərbaycan oğlu olmaqla ermənilərin yalanlarına qarşı cəsarətlə çıxış edib, ağlı, dərrakəsi ilə, tutarlı faktları ilə erməni saxtakarlıqlarını ifşa edib, çox vaxt erməni hücumlarının qarşısını təkbaşına alıb. Buna görə də ermənilərin qəzəbinə tuş gəlib, ermənilər onu özlərinə hədəf seçiblər. Ermənilərin haqqa qarşı, düz söz deyənlərə qarşı hansı iyrənc metodlardan istifadə etdikləri hamıya məlumdur. Biz bu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanlarını da ermənilərə dəstək verməkdə, onların məkrli niyyətlərini həyata keçirməsinə şərait yaratmaqda ittiham edirik. Məhz ermənilərin düşmən münasibəti nəticəsində Fuad Abbasov 2016-cı ildə işindən uzaqlaşdırılıb, indi isə yaşadığı mənzilindən çıxarılmaq, küçəyə atılmaq təhlükəsi qarşısında qalıb. Hesab edirik ki, Fuad Abbasovun ailəsi, iki azyaşlı uşağı ilə birlikdə bu cür acınacaqlı vəziyyətə salınmasına heç kəs biganə qala bilməz. Ermənilər it sürüsü kimi bu adamın üzərinə düşüblər. Buna yol vermək olmaz. Hər kəsi Fuad Abbasovu müdafiə etməyə çağırırıq."

Geri qayıt