Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər"
"Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər"16-03-2018, 12:40 |
"Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib". DİA.AZ xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar. “Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, - deyə Əli Həsənov bildirib. Geri qayıt |