Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Kapital Bank" məhkəmədə cavab verəcək
"Kapital Bank" məhkəmədə cavab verəcək28-03-2018, 12:44 |
İki nəfər “Kapital Bank”ı məhkəməyə verib. İbrahimova Arzu Yaruz qızı və Ağamirov Əkbər Hüseyn oğlu Əmək müqavilələrinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üzrə “Kapital Bank”ı Bakı Appelyasiya Məhkəməsinə verib. Sözügedən bankın cavabdeh qismində iştirak edəcəyi məhkəmədə iddia ərizəsi geri qaytarılmayıb. “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov saytımıza verdiyi məlumata görə, hazırda məhkəmə prosesi davam etdiyi üçün bu barədə açıqlama verə bilmirik. Onun sözlərinə görə, hər iki şəxsin işdən çıxarılma səbəbləri məhkəmə prosesi bitdikdən sonra açıqlanacaq. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmələrdə aparılan bütün mülki işlər açıq keçirilir. Bank isə cavabdeh qismində iştirak edəcəyi məhkəmə prosesi ilə bağlı geniş açıqlama vermir. Geri qayıt |