Əsas Səhifə > Güney Press, Reklam > STP Ukrayna şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
STP Ukrayna şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb13-04-2018, 10:21 |
DİA.AZ: - “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Ukraynanın “Xarkov Elektrotyajmaş” şirkəti ilə mühəndislik və sənaye sahələrində birgə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Bu barədə DİA.AZ-a müəssisənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, STP tərəfdən baş direktor Emin Məmmədov və “Xarkov Elektrotyajmaş” zavodunun direktor müavini Dmitriy Kostyukun imzaladığı müqavilənin şərtlərinə əsasən, tərəflər gələcəkdə hər iki ölkənin sənaye sahələrinin inkişaf səviyyəsinin artırılması, yeni texnologiyaların yaradılması istiqamətində səylərini birləşdirəcək. Razılaşmanın şərtlərinə əsasən, gələcəkdə hər iki müəssisə təcrübəli kadrların hazırlanmasında, mütəxəssislərin qarşılıqlı mübadiləsi işində əməkdaşlıq edəcəklər. Ukrayna şirkəti bir çox məhsulun istehsalında xammal, yarımfabrikat və ehtiyat hissələrin təchizatı ilə STP-yə köməklik göstərəcək. Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də prezident İlham Əliyev tərəfindən istismara verilən STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan labaratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur. Geri qayıt |