Əsas Səhifə > Güney Press, Reklam > "Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub

"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub


16-04-2018, 16:12
"Azərbaycanlı startap “Seedstars Summit 2018 ” müsabiqəsinin finalında təmsil olunub
DİA.AZ: - Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib. Altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Bu il baş tutan müsabiqədə Asiyadan, Afrikadan, Avropadan 75-dən çox ölkə iştirak edib. Kiifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

DİA.AZ xəbər verir ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.

Geri qayıt