Əsas Səhifə > Güney Press, Reklam > 5-ci “Barama Hackathon” yarışması
5-ci “Barama Hackathon” yarışması18-04-2018, 15:02 |
DİA.AZ: - Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-ın dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib. Bütün dünyada “Hackhathon”lar adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və Azercell-də tətbiqinə görə şirkətlə 5000 AZN dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə PAŞA Bank və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. DİA.AZ bildirir ki, müsabiqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018 tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar. Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək. Geri qayıt |