Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Oktay Şirəliyev gedir...
Oktay Şirəliyev gedir...20-04-2018, 12:55 |
Nazirlər Kabineti buraxıldı,hər kəs yeni kabinetdə kimlərin təmsil olunacağını böyük maraqla gözləyir.KİV-lərin qənaətinə görə, hazırkı nazirlərin bir neçəsinin kreslosu digər şəxslərə həvalə olunacaq. Hansı nazirlərin əvəzlənməsi ehtimalı daha yüksəkdir? Faktinfo.az hesab edir ki, islahatlar daha çox təhsil və səhiyyə sistemində aparılacaq.Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə,yaxud da Maliyyə Nazirliyinə birləşdirilməsi məsələsi artıq reallığa çox yaxındır.Beynəlxaq təcrübə də buna zəmin yaradır. İqtisadiyyat Nazirliyi ilə də bağlı müəyyən addımların atılması qaçılmazdır.Bu nazirlik suni qiymət artımının qarşısını almaqda,iqtisadiyyatın müxtəlif sferalarını inkişaf etdirməkdə acizdir. Amma,rəsmi dairələri daha çox narahat edən iki nazirliyin- Təhsil və Səhiyyə Nazirliyinin fəaliyyətidir. Səbəbi də yəqin ki,hər kəsə məlumdur. Artıq təhsildəki çoxsaylı problemlərə tərbiyəsizlik də əlavə olunub.Hazırda başsız qalan Təhsil Nazirliyinə peşəkar və işgüzar bir şəxsin təyin olunmasına, bu sahədə inqilabi dəyişikliklərin aparılmasına ciddi ehtiyac var. Lakin,bu gün əhalinin daha çox narazı qalaraq, dilə gətirdiyi problemlərdən başlıcası səhiyyə sisteminin acınacaqlı durumda olmasıdır. Yaranmış vəziyyət rəsmi dairələri də qane etmir. Elə bu və digər bir neçə səbəbdən hazırkı Səhiyyə naziri Oktay Şirəliyevin yola salınması ilə bağlı yekdil fikir yaranıb. Birincisi, bunu onunla izah edə bilərik ki,xəstəxana və poliklinikalarındakı müayinə və müalicə üsullarına dair köklü şəkildə aparıla biləcək islahatlar əhalinin ölkə səhiyyəsinə itmiş inamını bərpa edə bilər.Bununla qarşıdakı illərdə ölkədən milyonlarla manat vəsaitin hər ay xaricə daşınmasının qarşısı alınar. Çünki, sirr deyil ki,ölkə vətəndaşlarının xeyli hissəsi sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstana, daha imkanlı şəxslər isə Avropa ölkələrinə üz tutur. Bu vəziyyət ölkə iqtisadiyyatına ciddi zərbə deməkdir ki,bunun da qarşısı yüksək faizlə alınmalıdır. İkincisi,səhiyyənin səviyyəsi qalxarsa, bu,müalicə məqsədilə ölkəmizə gələn xarici vətəndaşların axınına da gətirib çıxarar ki,turizmin inkişafına da müsbət təsir edər. Hazırda,respublikamıza müayinə və müalicə üçün gələnlər yox səviyyəsindədir. Demək, həyəcan təbilinin çalınması təbiidir. Niyə bizdə səhiyyə sistemi inkişaf etməməlidir, hər gün sağlamlıq məqsədilə külli miqdarda vəsait xarici ölkələrə aparılmalıdır kimi fikirlər aidiyyatı şəxsləri narahat etməsin? Bütün bu problemləri aradan qaldırmaq üçün Oktay Şirəliyevin kifayət qədər vaxtı var idi.Amma,görünən o oldu ki,nazir bu işləri bacarmadı.Bu səbəbdən də yeni Səhiyyə nazirinin iş başına gətirilməsinə ciddi ehtiyac var. Bu şəxsin Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovun ola biləcəyi ehtimalı yüksəkdir. Geri qayıt |