Əsas Səhifə > Güney Press, Reklam > “İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya


26-04-2018, 18:09
“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
DİA.AZ: - Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib. Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi rolu olan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub.

DİA.AZ xəbər verir ki, ekskursiya zamanı Azercell-in Insan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib, İKT sahəsində qadınlara dəstək məqsədilə həyata keçirilən layihələrdən və imkanlardan söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib. Tədbirin sonunda “İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup şalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki, Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell MMC qadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.

Geri qayıt