Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cəlilabadın icra başçısı ilə bağlı İDDİA

Cəlilabadın icra başçısı ilə bağlı İDDİA


30-04-2018, 12:11
Cəlilabadın icra başçısı ilə bağlı İDDİA
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun müstəqil addım atmaq cəhdi hamisi Kərəm Həsənovu və deputat Malik Həsənovu qəzəbləndirib.

Cəlilabad rayonundan AzFakt.com-a maraqlı bir məlumat daxil olub. Daxil olan məlumata görə prezident seçkilərindən sonra Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov özünə müavin təyin etmək istəyib. Lakin belə bir istək onu onu pis vəziyyətə qoyub. Çünki Namiq Zeynalovun özünə müavin təyin etmək məqsədi ilə Prezident Adminstrasiyasına məktub yollaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov öyrəndikdən sonra hamiliyində olan başçının onun başı üzərindən iş görməsinə çox qəzəblənib. Buna görə də Kərəm Həsənov qardaşı, deputat Malik Həsənovu Cəlilabada göndərib. Hətta Cəlilabad məmurları baş verənləri biabırçılıq kimi qiymətləndiriblər.

Saytımıza verilən məlumatda bildirilir ki, Namiq Zeynalov İcra Hakimiyyətində hazırda boş qalan başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə şöbə müdirlərindən birini təyin etmək istəyib. Başçının boş qalan müavinlik postu vəzifəsində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sabir Hüseynovu görmək istədiyi bildirilir. Buna görə şöbə müdirinin sənədlərinin Prezident Adminstrasiyasına göndərildiyi deyilir.

İcra başçısının heç kəslə məsləhətləşmədən özünə müavin təyinatı həyata keçirtmək arzusu isə ona baha başa gəlib. Namiq Zeynalovun bu özfəaliyyəti onun hamiləri olan Həsənov qardaşlarının heç də xoşuna gəlməyib. Məlumata görə Namiq Zeynalovun bu hərəkəti Cəlilabad rayonunun millət vəkili Malik Həsənovun etirazı ilə qarşılanıb və təcili rayona gələn deputatın icra başçısının otağında ona acıqlandığı haqda rayonda söz söhbətlər gəzir.

Məsələ ilə bağlı saytımızı bilgiləndirən mənbəmiz iddia edir ki, Cəlilabad rayon icra başçısının müavini vəzifəsinə Malik Həsənovun öz namizədi var. Ancaq seçkilərdən sonra Namiq Zeynalov qəflətən şöbə müdiri Sabir Hüseynovu özünə müavin təyin etmək qərarına gələrək onun sənədlərini Adminstrasiyaya göndərtdirib.

İcra başçısının bu qərarından xəbər tutan deputat Malik Həsənov isə Namiq Zeynalova qəzəblənərək onu başa salıb ki, Cəlilabad rayonunda onlardan icazəsiz hansısa bir qərar qəbul etmək onun həddi deyil.

Bu məlumatda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt