Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Şəfa Broyler”dən QİYMƏT SABOTAJI
“Şəfa Broyler”dən QİYMƏT SABOTAJI1-05-2018, 11:31 |
Toyuq əti istehsalı ilə məşğul olan "Şəfa Broyler” şirkəti bütün növ məhsullarının qiymətini 15 faiz artırıb. Unikal.org-un əldə etdiyi məlumata görə, şirkət qiymət artımına rəsmi olaraq aprel ayının 17-dən start verib. Sözügedən qurum qiymət artımına ciddi səbəb göstərməsə də, bütün satış mərkəzlərində məhsullarının qiymətini yüksəldib. Belə ki, bundan əvvəl kiloqramı 3 manat 50 qəpiyə satılan "Şəfa Broyler” toyuqları 4 manat 30 qəpiyə qaldırılıb. Bununla belə şirkətin "döş əti” filesi adı ilə dondurulmamış məhsulu bundan əvvəl 5 manat 90 qəpiyə satılırdısa, hazırda 6 manat 40 qəpiyə yüksəldilib. Eyni qiymət artımı şirkətin digər toyuq əti məhsullarında da müşahidə edilir. Şirkət bütün növ toyuq əti məhsullarını ən azı 0.60 qəpik – 1 manat arası qaldırıb. Onu da qeyd edək ki, şirkətin qiymət artımından bəzi market şəbəkələri də yararlanır. Misal üçün "Şəfa Broyler” şirkətini "Təzə File açıq” məhsulunu "Bizim market”ə satışını 6 manat 14 qəpiyə tövsiyə etməsinə baxmayaraq, market bu məhsulu alıcılara 6 manat 35 qəpiyə tövsiyə edir. Unikal.org-un araşdırmasına görə, "Cənub Broyler", "Kənd Broyler” və digər toyuq məhsulları istehsal edən şirkətlər də qiymət artımına gedib. Onu da nəzərə çatdıraq ki, sözügedən şirkətin məhsullarının satış qiymətini əks etdirən cədvəli əldə etmişik. Qiymət cədvəlini təqdim edirik: Geri qayıt |