Əsas Səhifə > Güney Press, Reklam > “Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir

“Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir


5-05-2018, 10:10
“Nar” fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkasında iştirak edir
DİA.AZ: - “Nar” Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən fiziki məhdudiyyətli tələbələr üçün təşkil edilmiş əmək yarmarkasında iştirak edir. Mobil operator 50-dək şirkətin iştirak etdiyi yarmarkada satışın analitikası üzrə mütəxəssis, kiçik və orta müəssisələr üzrə mütəxəssis və müştəri xidmətləri təmsilçisi vəzifələrinə sənəd qəbulu elan edir. Eyni zamanda, mobil operator tələbələrə satış və marketinq sahələri üzrə yay proqramı təklif edir. Mayın 5-də, “Park Inn” otelində keçirilən yarmarka saat 10:00-dan etibarən açıqdır. Yarmarkaya giriş sərbəstdir.

DİA.AZ xəbər verir ki, fiziki məhdudiyyətli gənclərə xüsusi diqqətlə yanaşan “Nar” onların cəmiyyətə inteqrasiya edilməsi yönündə layihələr həyata keçirir. Bu mənada, “Nar”-ın Bakı, Zaqatala və Göygöl şəhərlərində həyata keçirdiyi “Fiziki məhdudiyyətli gənclər üçün təlim məktəbləri” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu cür layihələri həyata keçirməklə yanaşı, mobil operatorun özündə də fiziki məhdudiyyətli gənclər müxtəlif vəzifələrdə çalışır.

Qeyd edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülmüşdü. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı nar.az internet səhifəsindən məlumat əldə etmək olar.

“Azerfon” MMC (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini istifadəyə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Geri qayıt