Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əli Həsənovun həbsdə olan nəvəsinin klubu satıldı

Əli Həsənovun həbsdə olan nəvəsinin klubu satıldı


5-05-2018, 13:01
Əli Həsənovun həbsdə olan nəvəsinin klubu satıldı
Artıq vəzifəsindən uzaqlaşdırılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev sahibi olduğu deyilən Soho club satılıb.

Əli Hənənovun nəvəsi tərəfindən satılmış klub artıq TABOO LOUNGE & CLUB!adı altında yenidən fəaliyyətə bşlayıb. TABOO LOUNGE & CLUB-un dünən təntələli açılış mərasimi də baş tutub.

Qeyd edək ki, Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobil ötən ilin avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Hadisədən bir müddət sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olmasının tam təsdiq edildiyini bildirmişdi. Məhkəmənin hökmü ilə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.//BAKU.WS-

Geri qayıt