Əsas Səhifə > Güney Press, Reklam > Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu

Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu


8-05-2018, 09:43
Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu
DİA.AZ: - Veysəloğlu Şirkətlər Qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə reallaşan “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə dəstək oldu.

DİA.AZ xəbər verir ki, bu il layihənin sponsorlar sırasına Veysəloğlu Şirkətlər Qrupu da qoşularaq onlarla şagirdin ali təhsil almaq arzusunu reallaşdırmasına dəstək olacaq. Bu günə qədər layihədən 300-ə yaxın gənc yararlanıb, gənclərin əksəriyyəti hal-hazırda müxtəlif yerli ali təhsil məktəblərində ödənişsiz əsaslar ilə təhsil almaqdadır.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihənin coğrafiyasına Bakının 5 rayonu (Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ) və paytaxtdan kənarda yerləşən 5 regionu (Ağdaş, Kürdəmir, Salyan, Ucar və Yevlax) daxildir.

Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu

Qeyd edək ki, 5 mərhələli seçim prosesinə ərizə formalarının qiymətləndirilməsi, sınaq imtahanı, gənclərin müsahibə yolu ilə dəyərləndirilməsi, bir aylıq sınaq dərsləri və namizədlərin ailələrinə səfər daxildir.

Layihənin komandası və könüllüləri Bakı şəhərində seçim prosesinin iki mərhələsini tamamlayıblar: layihənin Bakı şəhərində əhatə etdiyi 5 rayonunda (Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ) yerləşən 172 məktəbdən ümumilikdə 1533 şagird anket doldurub və sınaq imtahanında iştirak edib. Sınaq imtahanı Binəqədi rayonundan olan məktəblilər üçün 8 aprel, Qaradağ, Sabunçu, Suraxanı və Xətai rayon məktəbliləri üçün isə 29 aprel 2018-ci il tarixində keçirilmişdir.

Veysəloğlu Qrup “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinə sponsor oldu

Layihəyə seçilmiş gənclər ali məktəblərə daxil olmaq üçün bir il ərzində müxtəlif inkişafetdirici tədbirlərdə iştirak edəcəklər. Layihənin növbəti 5-ci ili üçün seçim prosesi cari ilin avqust ayında yekunlaşacaq.

Cari ilin aprel ayından etibarən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi növbəti 5-ci ilində iştirak edəcək gənclərin seçimlərinə başladı.n Layihə ilə bağlı daha ətralı məlumatla layihənin rəsmi internet səhifəsində tanış ola bilərsiniz: www.geleceyiniqur.az

Geri qayıt