Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir
Azercell-in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir10-05-2018, 16:43 |
DİA.AZ: - Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startaplara layihələrinin uğurla reallaşdırılması, onların dünyagörüşünün artırılması üçün dəstəyini davam etdirir. Mərkəzin 2017-ci ildə start verdiyi “Mentorlarla səhər yeməyi” layihəsi çərçivəsində gənc startaplar nüfuzlu və öz sahəsində uğur qazanmış sahibkarlarla mütamadi olaraq görüşürlər. Bu dəfəki görüş marketinq, strategiya, tədbirlərin idarə edilməsi və biznesin inkişafı üzrə peşəkarlaşmış, hal-hazırda "Seedstars" Orta Şərq və Şimali Afrikanın Regional Biznes İnkişafı Meneceri vəzifəsində çalışan və bu bölgədə şirkətin genişlənməsinə liderlik edən Kamran Səmədli ilə baş tutub. DİA.AZ xəbər verir ki, hər ay Barama mərkəzi tərəfindən təşkil olunan görüşlərdə uğurlu biznes adamları və sahibkarlar gənc startaplarla aktual məsələləri və üzərində çalışdıqları layihələri müzakirə edir, gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər verir. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə diskussiyalar da aparılır. Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılıb. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub. Geri qayıt |