Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Zakir Nəsirovun oğlu ilə bağlı təyinat xəbəri YALANDIR"

"Zakir Nəsirovun oğlu ilə bağlı təyinat xəbəri YALANDIR"


12-05-2018, 10:53
"Zakir Nəsirovun oğlu ilə bağlı təyinat xəbəri YALANDIR"
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə yeni müşavirlər təyin edib.

DİA.AZ bildirir ki, bu barədə Criminal.az saytı xbər yayıb. Məlumatda iddia olunur ki, nazirin təyin etdiyi müşavirlərdən biri Vüsal Nəsirli Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun oğludur. 11 il həbsdə olan Z.Nəsirov 2017-ci ilin aprelində azadlığa buraxılıb.

Bununla baölı DİA.AZ-a açıqlama verən generalın yaxınları isə bildirdilər ki, Zakir Nəsirovun bir oğul övladı var o da polis sistemində çalışır: "Deyilənlər həqiqətə uyğun deyil. Yəqin kimlərsə zarafat edir".


Geri qayıt