Əsas Səhifə > Güney Press, Reklam > Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old

Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old


14-05-2018, 16:27
Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old
DİA.AZ: - Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un eksklüziv tərəfdaşlığı ilə ölkəmizdə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına yönəlik “Bakı Marafonu-2018” yarışı uğurla baş tutdu. 18 minədək insanı öz ətrafına toplamış və “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu- 2018” mayın 13-də Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə keçirilən bu yarışa Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da qatıldı.

DİA.AZ xəbər verir ki, yarışının mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda baş tutdu. Belə ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxdı. Qadınların arasında isə Türkiyə vətəndaşı Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, Rusiyadan olan Anastasiya Petrova isə üçüncü yeri qazandı.

Marafonun əsas tərəfdaşı olan Azercell şirkətinin bənövşəyi rəngli köynəklərində yarışanlar arasında finişə çatan ilk üç nəfər- Namiq Əsədov, Samir Paşayev və Tural Sadıxlı da dəyərli hədiyyələrlə şirkət tərəfindən mükafatlandırıldılar.

“Bakı Marafonu -2018” tədbirinin keçirildiyi bütün ərazilərdə mükəmməl rabitənin təmin edilməsi məqsədilə Azercell Telekom şəbəkə tutumunu əlavə qurğular vasitəsilə daha da gücləndirmişdi.

Qeyd edək ki, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev başda olmaqla 40-a yaxın Azercell əməkdaşı və 60-dan yuxarı Azercell-in korporativ müştərisi də yarışa qatılmışdı.

Xatırladaq ki, Azercelkl Telekom 2017-ci ilin sentyabr ayında Gəncə şəhərində keçirilmiş marafonun da əsas tərəfdaşı qismində çıxış etmişdi.


Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old
Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old
Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı old
Geri qayıt