Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi?

VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi?


19-05-2018, 12:25
VEMTAS maxinatoru həbsdən canını qurtara biləcəkmi?
Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edildikdən sonra araşdırmalar başlayıb. Hesablama Palatasının apardığı araşdırmalar nəticəsində nazirlikdə külli miqdarda yeyinti faktları üzə çıxıb. Yerli mediada yer alan iddialara görə, sabiq nazir 2 milyard manata qədər dövlət vəsaitini mənimsəyib. Hesablama Palatasının audit tədbirləri nəticəsində bəlli olub ki, yüzlərlə dünyasını dəyişmiş şəxsin adına pensiyalar təyin edilib və mənimsənilib.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən araşdırmalar təkcə vəsaitlərin təyin edilməsi ilə bağlı deyuil. ƏƏSMN-də həyata keçirilən elektron “islahatlar” nəticəsində Səlim Müslümov mahir bir bacarıq nümayiş etdirib. Dövlət vəsaitləri hesabına nazirlik pensiyaların, əllilik dərəcələrinin və ünvanlı sosial yardımların təyin edilməsi məqsədilə vahid elektron sistem yaradıb.

Nəhayət, 2016-cı ilin mart ayında ünvanlı sosial yardım sistemində VEMTAS deyilən elektron müraciət sistemi ortaya çıxdı. O sistemdən xəbəri olanlar isə bilir ki, bu heç də belə deyil, VEMTAS robot deyil, onu da Nazirlikdə oturanlar idarə edir, istədikləri adama asanlıqla yardım təyin edə bilirlər. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım təyin olunan ailələrin biri də aztəminatlı ailə deyil. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, I və II qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun “misilsiz xidmətinin” nəticəsi. Səlim Müslümovun ünvanlı sosial yardımın qaydalarına elətdirdiyi dəyişikliklərdən sonara vəziyyətin belə olması gözlənilən idi. İndi nə baş verir?

Saytımıza verilən məlumata əsasən S.Müslümovun ən çox “pul gətirən” adamı Elnur Məcidov olub. Gundeminfo.az-a nazirlikdəki mənbələrdən verilən xəbərə görə, ünvanlı sosial yardımların təyin edilməsinə yalnız bir şəxs, Elnur Məcidov nəzarət edib və təyinatla bağlı qərarı da o verib. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdirindən gedir. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbə Məşğulluq siyasəti, Əmək miqrasiyası, Peşə standartları və Demoqrafiya və əhali sakinliyinin inkişafı sektorlarından ibarətdir. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdirinin təqdimatı əsasında nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

Belə ki, əgər məlum elektronlaşma olan VEMTAS sistemi üzrə “islahatlar”ına qədər vətəndaşlar yerli idarələr vasitəsilə sənədlərini hazırlayaraq təqdim edirdilərsə, “islahatlar”dan sonra vətəndaşlar sənədlərini toplayır, poçt vasitəsilə qeyd edilən şöbəyə müraciət edirdilər. ƏƏSMN-nin yerli şöbələrində isə bu islahatlardan sonra xeyli ştat ixtisar edilmiş, yalnız bir neçə əməkdaş vətəndaşlara toplanacaq sənədlərin siyahısını və necə hazırlanacağına dair məslətlər verirdilər. Nəticə etibarilə də ünvanlı sosial yardım almaq istəyən vətəndaşlar nazirlikdəki bağlı qapılar arxasında bu yardımların necə təyin edilməsindən xəbərsiz olurdular.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Elnur Məcidovun rəhbərlik etdiyi şöbə üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına 700 min manat dəyərində olan elektron proqram sifariş edilib. Bu proqram ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlar haqqında bütün informasıyaları hazır şəkildə şöbəyə təqdim edir. Maraqlıdır ki, faktiki olaraq elektron hökumət sistemində olmayan, məsələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, mobil rabitə operatorparının obanentlərinə dair bilgilər, kadastr üzrə çıxarışlar və digər inzibati resurslar Elnur Məcidovun aldığı proqramda necə hazırlanıb? Bu proqram “Elektron Hökumət” sistemində olmayan informasiyaları necə əldə edirmiş? Həm də kifayət qədər bahalı olan bu proqram harada hansı şirkət tərəfindən hazırlanıb heç bir bilgi verilmirdi.

Saytımıza danışan mənbə deyir ki, nazirin birinci müavini, nazirliyin aparat rəhbərinin belə sözü və səlahiyyəti keçməyən Elnur Məcidov birbaşa Səlim Müslümova tabe olub. Sadə dillə desək şöbə müdiri ünvanlı sosial yardımları necə təyin edirdisə, o şəkildə də nazirinə “hesabat” verib.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt