Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Aynur Humbətova məni incidərək..."
"Aynur Humbətova məni incidərək..."25-05-2018, 12:07 |
Daha bir vətəndaş ölkənin tibb sistemində olan özbaşınalıqdan narazılığını dilə gətirib. Ziyafət Abbasova adlı qadının şikayəti Mirqasımov adına Respublika Klinik xəstəxanasındandır. Bu barədə GoldNews.Az-a "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məlumat verib. Brilk sədri qeyd edib ki, ona ünvalanan şikayətlə bağlı səhiyyə naziri Oktay Şirəliyevə rəsmi məktub göndərilib. GoldNews.Az Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, RPİ ünvanında qeydiyyatda olan Abbasova Ziyafətin ərizəsini təqdim edir: Hörmətli Eyyub müəllim! Sizə bildirmək istəyirəm ki ,mən 28 aprel 2018-ci il tarixində qeydiyyatda olduğum poliklinka tərəfindən stasionar müalicə üçün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının (RKX) endokrinologiya şöbəsinə göndəriş almışdım. 03 may 2018 –ci ildə M.Ə.Mirqasımov adına RKX-nın poliklinika şöbbəsində müayinələrdən keçmiş və məsləhət vərəqi verilərək stasionar müalicəyə ehtiyac olduğu təsdiq olunmuşdur. Onu da qeyd etmək istəyirəm ki, mən dəfələrlə M.Ə.Mirqasımov adına RKX-da endokrinologiya şöbəsində müalicə almışam. Endokrinikalogiya şöbəsində müalicə dövründə hər dəfə şöbə müdiri Aynur Humbətova məni incidərək, bu narazılıqlar, dartışmalar teleserial şəklində davam edib. Bu dəfə də 14 may 2018 ci ildə endokrinologiya şöbəsinin müdiri Aynur Hümbətovaya yaxınlaşanda, dedi ki, sizə qonaq gələndə, sizdən icazə alaraq gəlir, siz də indi icazəsiz gəlmisiniz ,ona görə yerimiz yoxdur. Şöbə müdiri deyəsən Hippokrat andını unudaraq restoranla xəstəxananın yerini dəyişik salıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Stasionar şəraitdə istifadə olunan dərman preparatları və tibbi ləvazimatlar” gözmuncuğu kimi tək –tək hallarda görünür. Dərmanların hamısını öz pulumla almışam. Çox hörmətli Eyyub müəllim! Sizdən xahiş edirəm ki , mənim istehlakçı hüquqlarımı qoruyasınız. Səhiyyə Nazirliyinin stasionar şəraitdə istifadə olunan Bütün dərman preparatlarıyla təmin olunmağıma göstəriş və köməklik edəsiniz. Geri qayıt |