Əsas Səhifə > Güney Press, Reklam > İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi

İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi


31-05-2018, 16:44
İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi
DİA.AZ: - “Azercell Telekom” MMC-nin Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələr yerli və beynəlxalq təşkilatların marağına səbəb olub. Belə ki, İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav Barama Innovasiya və Sahibkarlıq Mərkəzinin strategiyası, hədəfləri və maraqları barədə daha ətraflı məlumat əldə etmək üçün mərkəzdə qonaq olub. İsrail XİN-nin gənc diplomatları - xanım Hila Rouzfeldin, cənab Mayk Driquezin, Azercell-in Strategiya və İnnovasiya şöbəsinin və Barama Mərkəzinin rəhbəri İmran Bağırovun, şirkətin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskayanın, PAŞA Bankın Dayanıqlı İnkişaf Məsələləri üzrə aparıcı meneceri Ceyhun Atayevin və digər Azercell nümayəndələrinin iştirak etdiyi görüşdə startaplarla İsrail şirkətləri arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. İsrail rəsmiləri korporativ sosial məsuliyyət və innovativ həllər sahələrində Barama mərkəzi ilə əməkdaşlığa açıq olduqlarını bildiriblər. Səfir Dan Stav Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyətini və yerli startaplara dəstəyin yüksək qiymətləndirdiyini vurğulayıb.

DİA.AZ xəbər verir ki, səfir bütün istiqamətlərdə Azərbaycan və İsrail arasında əlaqələrin genişləndirilməsində marağını ifadə edərək, gələcəkdə qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün çalışacağını bildirib.

Öz növbəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin gələcək fəaliyyəti, yaxın vaxtlarda həyata keçirəcəyi beynəlxalq layihələri haqqında qonaqlara məlumat verib.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə “Azercell Telekom” MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək və qoruyub saxlamaq üçün yaradılıb. Əsas məqsədi startupların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdə olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. 9 il ərzində Baramada 80-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 20-si hazırda müstəqil şirkətlərdir. Hər il mərkəz Hackathon, Barama Yeniyetmələr Akademiyası - İT Məktəbi, Mentorlarla Səhər yeməyi, Stupid Idea Day və s. kimi 50-dən çox tədbir təşkil edir. Barama Mərkəzənin hal hazırda həm Bakı həm də bölgələrdə 5 fiziki ofisi var: Baş Ofis, Bakı Dövlət Universiteti, Baku ABC School, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına mür

İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi
İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi
İsrailin Azərbaycandakı səfiri Azercell şirkətinin Barama Innovasiya və Sahibkarlıq Mərkəzini ziyarət etdi

Geri qayıt