Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sumqayıt DSMF-da İsmayıl İsmayılov “xanədanlığı”
Sumqayıt DSMF-da İsmayıl İsmayılov “xanədanlığı”1-06-2018, 12:50 |
Sahil Babayevin Sumqayıtda baş verənlərdən xəbəri yoxdurmu?, - Yoxsa cənab nazir, siz də bu “xanədanlıq” qarşısında acizsiniz? “Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.” “Vesli” toxunulmaz məmur Cənab Prezidentin hər bir məmur üçün iş prinsipinə çevrilməli olan bu tələblərinə mənsəb sahiblərinin hamısı riayət edirmi? Təəssüf ki, bu suala müsbət cavab verə bilməyəcəyik. Çünki, özünü əyləşdiyi kresloda dünyanın sahibi hiss edən, gözü ayağının altını görməyən, müştəbeh alimənsəbləri hər birimiz çox görmüşük. Onların harın həyat tərzi, qudurğan övladlarının bahalı əyləncələri də gizlin deyil və bir çox hallarda bu əyləncələr onların sonunu da gətirib. Amma, bu hadisələrdən hər bir məmurun ibrət götürməsi gərəkdiyi halda çoxları nəinki nəticə çıxarır, hətta əməlləri ilə onlara rəhmət də oxutdurur. Səlim Müslümovun vəzifədən getməsindən sonra nazirlikdə və onun yerli şöbələrində təmizləmə əməliyyatına başlanıldı. Adı korrupsiya əməllərində hallanan bir çox məmurlar işdən azad olundu və bu proses hələ də davam etdirilir. Rubrika.Az xəbər verir ki, indiyə qədər bütün nazirlərlə işləməyi , özü demişkən “dil tapmağı” bacaran DSMF Sumqayıt şöbəsinin sədri İsmayıl İsmayılov bu dəfə də öz postunu qorumaq ümidindədir. Əgər belə olmasaydı, özünü toxunulmaz məmur kimi aparmazdı. Xatırladaq ki, DSMF-nin Sumqayıt şəhər şöbəsi ən çox korrupsiyalaşmış şöbələrdəndir. Rubrika.az-a daxil olan məlumata görə şöbə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə proqnozlar tam icra edilməyir, sahibkarlıqla məşğul olan fiziki şəxslər üzrə məcburi dövlət sosial sığorta haqlarının, maliyyə sanksiyalarının hesablanılması düzgün həyata keçirilməyir. Ümumiyyətlə, DSMF Sumqayıt şöbəsində baş verən korrupsiya faktları lazımi dairələr tərəfindən araşdırılarsa çox müdhiş faktların aşkarlanacağı şübhəsizdir. Yəqin ki, yeni nazir bu barədə lazımi tədbirləri görəcək. İsmayıl İsmayılov DSMF Sumqayıt şöbəsini daha çox özünün sosial müdafiəsi üzrə ixtisaslaşdırıb. Onun vətəndaşları qəbul etmək, onların şikayətlərini dinləmək kimi adəti isə yoxdur. Yəni, qısacası İ. İsmayılova ulaşmaq, dərdini demək Marsa getməkdən daha çətindir. İsmayılovun hər məmura xas olmayan özəllikləri də vardır. Belə ki, o həftənin cüt günləri telefonla danışa bilmir. Zənn etməyin ki, bunu özümüzdən deyirik. Əsla, bu mötəbər faktı bizə cənab İsmayılovun katibəsi deyib. Daha onun da dediyinə inanmayıb kimə inanacağıq ki. Bir şikayəti araşdırmaq üçün Sumqayıt DSMF-yə telefon açdıq və İsmayılovla danışmaq istədiyimizi dedik. Katibə xanım bildirdi ki, müdirlə ancaq həftənin tək günləri danışmaq mümkündür, cüt günləri o telefonla danışmır. Biz də cənab İsmayılovun bu “təkmə-cüt” şakərinə hörmət eləyib həftənin tək günləri onun mübarək səsini eşitmək, şikayətimizi çatdırmaq istədik. Amma, heç tək günlərdə də bu xoşbəxtlik bizlərə nəsib olmadı, İsmayılov bir kəlmə “alo” sözünü bizlərə çox gördü. Sonra məlumat aldıq ki, onun ümumiyyətlə kimisə qəbul etmək, şikayətləri araşdırmaq kimi bir adəti yoxdur. Hələ-hələ telefona cavab vermək, vətəndaşın dərdini dinləmək şakəri cənab İsmayılova xas olan xüsusiyyət deyil. Nə deyək, bütün nazirlərin sevimli kadrı olmağı bacaran birisi durub sadə vətəndaşın zənginə cavab verməyəcək ki? Necə olsa da ortada “ves” söhbəti var. Biz də problemimizi yeni nazir Sahil Babayevə deyərik. Yəqin o bizi qırmaz, işçisindən fərqli olaraq cavab verib problemimizlə maraqlanar. Arada bir vaxtı olsa İsmayıl İsmayılovla-onun fəaliyyəti ilə də maraqlansa yerinə düşər! Mövzunu davam etdirəcəyik. Geri qayıt |