Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Səlim Müslümovun "mübarək yadigarı"...
Səlim Müslümovun "mübarək yadigarı"...6-06-2018, 11:10 |
Hər yerdə arxasının möhkəm olduğunu söyləyən DSMF-nin İmişli rayon şöbəsinin rəisi İntiqam Əliyev elə bəlkə də söylədiyi sözləri isbat etmək üçün İmişlidə istədiyini edir və doğurdan da rayonda ona heç kimsə gözün üstə qaşın var deyə bilmir. İmişlidən MilliYol-a ünvanlanan şikayət məktubunda bildirilir ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Təminat naziri təyin olunandan sonra İmişlidə və xüsusən də DSMF-nin İmişli rayon şöbəsində belə bir ümid yaranıb ki, nəhayət yeni nazir onları Səlim Müslümovun ən xas adamlarından biri olan İntiqam Əliyevin əlindən qurtaracaq. Amma hələ ki, həm İmişli camaatının, həm də DSMF-nin İmişli rayon şöbəsində çalışanların gözləməkdən “gözlərinin kökü saralır”. Şikayət məktubunda bir neçə məsələ düqqəti cəlb edir. Birincisi, şikayət məktubunda bildirilir ki, İntiqam Əliyev öz işçiləri ilə həddindən kobud və qeyri-etik davranır. Hətta öz işçisini döydüyü də olub. İşçilərin təhqir etmək isə İntiqam Əliyev üçün adi iş qaydasısıdır. İkincisi, şikayət məktubunda qeyd olunur ki, DSMF-nin İmişli rayon şöbəsinin rəisi rüşvəti açıq şəkildə istəyir və bu zaman heç kimdən və heç nədən çəkinmədiyini hər kəsə nümayiş etdirir. Maraqlı faktlardan biri də odur ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhakinin Sosial Müdafiə Nazirliyinə birləşdirilərkən İntiqam Əliyev təyinat almadan ƏƏSMN-nin şöbə müdirini kabinetindən qovaraq özünü birləşdirilən şöbənin rəisi elan edib. Qəribədir ki, onun bu özbaşınalığı sabiq nazir Səlim Müslümov təərəfindən çox normal qarşılanıb və bir müddət sonra sabiq nazir “uzurpator” işçisinin rəisliyini rəsmiləşdirib. Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq. Geri qayıt |