Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Medholding" Diş Klinikasında biabırçılıq
"Medholding" Diş Klinikasında biabırçılıq6-06-2018, 12:58 |
"Medholding" Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov səhv gördüyü iş üçün xəstəyə deyib ki, bu, sənin qismətindir. GoldNews.Az xəbər verir ki, daha bir şikayətçi, ərizə ilə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Birlik sədri qeyd edib ki, qeyd olunan klinikadan çoxsaylı şikayətlər daxil olur. Bu şikayəti danışıq yolu ilə həll etməyə nail olmadığımız üçün vətəndaşın ərizəsi rəsmi məktubla Vergilər Nazirliyinə, Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə göndərilib. İstehlakçılar diş həkimlərinin xidmətindən istifadə edən zaman diqqətli olsunlar! Mütləq xidmət müqaviləsi və kassa çeki tələb etsinlər! İlkin məlumatlar göstərir ki, bu sahədə böyük problem var, təxminən diş texniklərinin 30 faizi müalicə ilə məşğul olur. Ərizəni diqqətinizə çatdırıram: Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova Bakı şəhəri, Yasamal rayonunda yaşayan Axundova Günel Süleyman qızı tərəfindən Ə r i z ə Hörmətli Eyyub müəllim, salam! Məlum edirəm ki, 2015-ci ilin iyun ayında “Medholding” klinikasının (Bakı, Fuad İbrahimbəyov 171, telefon: 012 594 25 26; 050 220 20 25) sahibi və eyni zamanda diş həkimi Cavid Qurbanova “vinir” diş qoyulması üçün müraciət etdim. 20 ədəd dişimə vinir qoyuldu. Bunun müqabilində dişin bir ədədi 300 (üç yüz) AZN olmaqla, cəmi 6000 (altı min) AZN pul ödədim. Bu dişlərə görə Cavid Qurbanov mənə şifahi olaraq 10 il zəmanət verdi. Pulun ödənişinə dair heç bir çek və sair sənəd vermədi. Dişlər qoyulduqdan sonra çox vaxt keçmədən problemlər yarandı, yəni alt çənə damağımda stomatit (irinli iltihablaşma) yarandı və buna görə həmin həkim 3 ədəd dişimin sinirlərini çıxartdı. Son 3 il ərzində dişlərimdə problemlər mütəmadi davam etdi. Gah qapaqlar qopub düşürdü və yenidən yapışdırırdı, gah da damağımda qanama olurdu. Son olaraq 2017-ci ilin dekabr ayında üst 2 ədəd dişimin qaralması ilə bağlı yenidən ona müraciət etdim. Baxıb dedi ki, üst 8 ədəd dişi yenidən dəyişək. Dəyişdi. Qış aylarına təsadüf etdiyinə görə ağzımı açıb danışa bilmirdim. Çünki soyuğu hiss edirdim. Buna səbəb kimi dişlərimdə Ca (kalsium) çatışmamazlığını göstərdi və mənə 2 qutu Ca (kalsium) içməyi məsləhət bildi. İçdim. Lakin problem həll olunmadı. Yenidən Cavid Qurbanova müraciət etdim. Dedi ki., gəl keyləşdirici iynə vurub qopararaq, yenidən yapışdıraq. Dişim keyləşənədək soruşdum ki, niyə mən bu qədər ağrı çəkdim, niyə belə alındı? Cavabı gülməli olsa da, belə oldu : “Bu sənin qismətindi” . Dediyini elədi. Bundan sonra soyuğa həssaslıq 6 ədəd dişimdə həqiqətən itdi. Son 2 ədəd dişdə bu prosesi 3-4 dəfə təkrarlamasına baxmayaraq isti-soyuğa olan həssaslıq keçmədi. Buna görə mübahisəmiz düşdü. Mən ona dedim ki, siz ya bilə- bilə məni get gələ salırsınız, ya da artıq diş düzəltməyi bacarmırsınız. Elədirsə, mənə deyin, gedim başqa həkimə. Dedi, hara istəyirsən get! Yaxşı ki, getdim. Azı 10 nəfər “vinir”lə işləyən həkimin yanında oldum. Dişlərimi rentgen etdirdim. Rentgenə və dişlərimə baxaraq həkimlər eyni diaqnozu (Diaqnoz: dişlərin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranmışdır. Səbəb kimi lamina vinirlərin düzgün hazırlanmamasıdır. Müalicə: diş daşları təmizlənməli, küretaj (keyitmə ilə diş ətinin dərindən təmizlənməsi) olunmalıdır. Sonrakı prosesdə vinirlər mütləq dəyişdirilməlidir!) Cavid Qurbanovun sinirini çıxartdığı 3 ədəd dişimin yanındakı dişdə kista əmələ gəldiyi də rentgendə göründü. 8 ədəd dişlərimi yenidən dəyişən zaman Cavid həkimin son texnologiya dediyi, 3D rentgen aparatında da çəkdiyi zaman bu prosesi görüb-görməməyi də mənə maraqlı olduğundan ondan həmin rentgeni (səbəbini bildirmədən) aldım. Məlum oldu ki, kista həmin vaxt (5 ay əvvəl) da var imiş. Həkimlər bunu dişin yonulması zamanı alınmış travmadan əmələ gəldiyini dedilər. Həmin dişi müalicə etdim. Zənglərimə cavab vermədiyinə görə, Cavid Qurbanova qoyduğu dişlərdə yaranan problemləri “Whatsaap”da yazdım. O, bunu oxuyaraq məni qara siyahıya atdı. Yəni blok etdi. Hazırda dişlərimin probleminin professional həkim tərəfindən həll olunması üçün 16970 AZN tələb olunur. Bunun “Prays list”ini ərizəmə əlavə edirəm. Hörmətli Eyyub müəllim! Xahiş edirəm, Cavid Qurbanovun qeyri-professionallıqla gördüyü iş nəticəsində mənim dişlərimdə yaranan problemin köklü həll olunması üçün lazım olan 16970 AZN məbləğin Cavid Qurbanov tərəfindən mənə ödənilməsində mənə təmənnasız kömək edsiniz! Mənim hüququmu bir daha təmənnasız qorumağınızı, bu haqda dövlət orqanlarına və KİV-ə məlumat verməyinizi xahiş edirəm! İmza: /Günel Axundova/ 30 may 2018-ci il. Geri qayıt |