Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Mən artıq polisə də müraciət etmişdim..."

"Mən artıq polisə də müraciət etmişdim..."


25-06-2018, 15:41
"Mən artıq polisə də müraciət etmişdim..."
Sumqayıt şəhərində sürətlə hərəkət edən avtomobil 18 yaşlı Sumqayıt şəhər sakini Xəzər Abdıyevi vurub.

GoldNews.Az faktor.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı zərərçəkmişin atası Marif Abdıyev bildirib ki, oğluna xəsarət yetirən qadın sürücü məsuliyyətə cəlb olunmadı:

"Mayın 21-i oğlum marketə getmək üçün yolu keçdiyi vaxt, sürətlə hərəkət edən maşın oğlumu vurub. Sonra 150 metr qabaqda maşını saxlayıb geri qayıdıblar. Maşını idarə edən Xalidə adlı qızdır. Hadisə vaxtı anası da onunla birlikdə olub. Daha sonra oğlumu təcili tibbi yardım stansiyasına aparıblar. Sol diz qapağı zədə aldığı üçün onlara bildiriblər ki, Xəzər dərhal travmatologiya şöbəsinə aparılmalıdır.

Oğluma xəsarət yetirən ana və qız isə onun başını aldatmağa çalışıb. Bildiriblər ki, sənə yeni paltar və telefon alarıq. Mən hadisədən xəbər tutub, tez təcili tibbi yardım xidmətinə getdim. Gördüm ki, oğlum orda deyil. Travmatologiyaya getdim, gördüm orda da yoxdu. Mən artıq polisə də müraciət etmişdim. 1 saat keçəndən sonra gördüm ki, oğlumu axsaya-axsaya gətirirlər.
Oturub onlarla danışdım ki, müalicəsinə yardım edin. Bu zaman, qız qayıtdı ki, əcəb edib vurmuşam.

Polisdə işi uzadır. Polisə nəsə deyəndə, qayıdır ki, onlar qadındır, biz onlardan nə pul tələb edə bilirik, nə də tuta bilirik. Mən də onlardan çox pul istəmirəm ki, deyirəm oğluma dəyən ziyanı ödəyin".

Məsələ ilə bağlı işi araşdıran müstəntiqlə əlaqə saxladıq və o bildirdi ki, iş artıq Sumqayıt şəhər Baş Polis idarəsindədir:
"İş artıq istintaqda olduğu üçün sizə ətraflı məlumat verə bilmərik."

"Mən artıq polisə də müraciət etmişdim..."
"Mən artıq polisə də müraciət etmişdim..."
"Mən artıq polisə də müraciət etmişdim..."
"Mən artıq polisə də müraciət etmişdim..."
"Mən artıq polisə də müraciət etmişdim..."



Geri qayıt