Əsas Səhifə > Güney Press, Reklam > Məktəblilər “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar
Məktəblilər “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar25-06-2018, 16:38 |
DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell”in təxminən iki il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. DİA.AZ bildirir ki, bu internet paketləri və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər. Uşaqların internetin mənfi təsirlərindən qorunmasına yönəlmiş tədbirlər çərçivəsində, ENGİNET şirkəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin köməyi ilə ölkə məktəblərində Təhlükəsiz İnternet Layihəsini icra edir. Belə ki, cari ilin iyun ayında Sumqayıt şəhərində yerləşən 12 saylı məktəbdə “Təhlükəsiz İnternet” mövzusunda açıq dərslər keçirilib. Üçüncü və dördüncü sinif şagirdləri üçün təşkil edilmiş dərslərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, internetdə mövcud olan təhlükələr, internetin mənfi təsiri və təhlükəli məzmundan qorunmaq üçün nəzərdə tutulmuş alətlər, xüsusilə də “Bakcell” və “ENGİNET” şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketləri” barədə geniş məlumat verilib. Xatırladaq ki, “ENGİNET” şirkəti tərəfindən istifadə edilən filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. “Təhlükəsiz İnternet Paketləri”ni istifadə edən Bakcell müştəriləri daxil olduqları veb-səhifələri filtrasiya edərək, öz uşaqlarını böyüklər üçün nəzərdə tutulmuş məzmun, qeyri-qanuni və yaxud zorakılıq əlamətləri olan məlumatlar, narkotik və dərman vasitələri və digər zərərli məzmunlardan qoruya bilirlər. Uşaqlarınızı arzuolunmaz məzmundan müdafiə etmək üçün *134#10#YES yığaraq Bakcell şirkətinin təklif etdiyi Təhlükəsiz İnternet Paketlərini əldə etmək kifayətdir. 10 GB təhlükəsiz internet paketinin qiyməti 10 AZN təşkil edir. Bu paket mobil telefon və ya noutbuk kimi istənilən cihazlarda istifadə oluna bilər. Aktivləşdirmədən sonra arzuolunmaz məzmun sistem vasitəsilə mobil internet paketindən avtomatik olaraq filtrasiya ediləcək. Sosial məsuliyyətli bir şirkət olaraq, Bakcell şirkəti uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiya olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Virtual dünyanı uşaqlarımız üçün daha təhlükəsiz etmək da bu fəaliyyətin bir hissəsidir. “Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur. Geri qayıt |