Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Danışdıq, dedi işimizdə boşluqlar var, axırda razılaşdıq, 200 manat verdim"

"Danışdıq, dedi işimizdə boşluqlar var, axırda razılaşdıq, 200 manat verdim"


29-06-2018, 13:22
"Danışdıq, dedi işimizdə boşluqlar var, axırda razılaşdıq, 200 manat verdim"
Bakı Ağır Cinayətlər Məhkəməsində "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Neftçala Suvarma Sistemlərin idarə rəisi Elçin Əsədov dindirilib.

O bildirib ki, 2013-cü ildə Azər Abbasov ona zəng eləyib: "O vaxt yeni idarə rəisi keçmişdim. Danışdıq, dedi işimizdə boşluqlar var. Yazı yazmaq istəyir. Axırda razılaşdıq. 200 manat verdim, Azər də yazı yazmadı. Şikayətim və ya tələbim yoxdur".

Məhkəmədə şahid qismində dindirilən Novruz Hüseynov AMEA-da sürücü işlədiyini deyib: "Rəisim Bayram müəllim pul verdi, aparıb nəşriyyatda poçtun yanında bir qadına verdim".

Şahidin istintaqa ifadəsi elan edilib.

Məhkəmədə elan edilib ki, zərərçəkmiş AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayev prosesə çağırılsa da, gəlməyib.

Hakim Zeynal Ağayev onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Proses iyulun 6-da davam edəcək

Qeyd edək ki, hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən "İrəvan Press" qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

A. Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Geri qayıt