Əsas Səhifə > Güney Press, Reklam > Bakcell, Kapital Bank, BDU media reytinqdə birinci olub

Bakcell, Kapital Bank, BDU media reytinqdə birinci olub


3-07-2018, 11:22
Bakcell, Kapital Bank, BDU media reytinqdə birinci olub
MC&S-in media monitorinq qrupu 01-30 iyun 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 3 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik.

Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Bakcell (1228 məlumat), banklar arasında Kapital Bank (678 məlumat), ali məktəblər arasında BDU (1134), otellər arasında Hilton (68) , sığorta şirkətləri arasında Paşa Sığorta(122 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Geri qayıt