Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Türkiyəli iş adamına "atanlar" sırasında Cahangir Hacıyevin də adı çəkildi
Türkiyəli iş adamına "atanlar" sırasında Cahangir Hacıyevin də adı çəkildi13-07-2018, 12:22 |
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, qardaş Türkiyənin "Piramidal LTD" şirkətinin rəhbəri, bir zamanlar Azərbaycanda böyük işlər görmüş iş adamı Fərrux Böyüksavaş Azərbaycan prezidenti İlham Əliyevə kömək üçün müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində müəllif Azərbaycana 2006-cı ildə gəldiyini və 2013-cü ilin sentyabr ayına qədər ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edir. Fərrux Böyüksavaşın İlham Əliyevə ünvanladığı müraciətində bildirilir: "Cənab Prezident. Ölkənizdə olduğum müddətdə əlimdən gəldiyi qədər Azərbaycana faydalı olmağa çalışdım. Amma bu aman Azərbaycandakı bir qrup iş adamının Sizin yürütdüyünüz siyasətin fəlsəfəsinə yad olaraq, oyunbazlıqlarının, insanları aciz duruma salmalarının üzülərək şahidi oldum. Onların hədəflərindən biri də mənəm ki, illərdir xəbərdarlıq etməmə baxmayaraq, hələ də haqqımı bərpa edə bilmirəm. Aşağıda təqdim etdiyim rəqəmlərdən də görürsünüz ki, təkcə iki qurumdan almalı olduğum məbləğ bu qədərdir: 1 milyon 181 min 705 dollar 87 sent və əlavə olaraq 22 min 924 avro 45 sentdir". Qeyd edək ki, türkiyəli iş adamına bu vəsaiti "Zaqatala Olimpik MMC" və "Azərsənaye İnşaat MMC" şirkətləri börcludur ki, göstərilən məbləğin də böyük hissəsi ikinci şirkət tərəfindən borclanıb. Müraciətinin sonunda Fərrux Böyüksavaş Azərbaycan prezidentindən haqqının bərpa olunmasında, borcunun qaytarılmasında ona yardımçı olmağı xahiş edir. Onu da bildirək ki, DİA.AZ-a türkiyəli iş adamının yaxınları tərəfindən verilən yeni faktlarda ortaya ilginc məqamlar çıxıb. Belə ki, Azərbaycanda Fərrux Böyüksavaşın pullarını mənimsəyənlər - borcluların kimlikləri aydın olub. DİA.AZ olaraq həmin şəxslərin adlarını açıqlayırıq: 1. Firma Bilgiləri: Borclu Firma; Azər Sanaye İnşaat Mmc. Borclu Firma Sahibləri; Əlzamin Bayramov və oğlu Rüfət Bayramov 2. Firma Bilgiləri Borclu Firma; Zaqatala Olimpik Mmc. Isim; Beynal Bəy və BeynəlxalqBankın sabiq rəıhbəri Cahangir Hacıyev Bu faktlardan da aydın olur ki, işin içində hazırda həbsdə yatan Cahangir Hacıyevin də adı keçir. Amma nədənsə, Cahangir Hacıyev bu məsələ ilə bağlı mühakimə olunmayıb. Bunu da dia-az.life-a danışan sahibkar yaxınları bildirir və onlar qeyd edirlər ki, hələ də bu olay müəmma olaraq qalır... dia-az.life olaraq bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin... Geri qayıt |