Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir
Azercell-in uşaqların rifahına yönəlik sosial layihələri davam edir17-08-2018, 11:29 |
DİA.AZ: - Müxtəlif sosial aksiyaların təşəbbüskarı və dəstəkçisi “Azercell Telekom” MMC-nin həyata keçirdiyi unikal layihələrindən olan “Mobil Göz Klinikası” və “Mobil Diş Klinikası” isti yay aylarında da fəaliyyətini davam etdirib. Mütəmadi olaraq uşaq və ahıllar evlərinə səfər edən “Mobil Diş Klinikası”nın həkimləri iyul ayında Zabrat qəsəbəsində sosial sığınacaqda məskunlaşan 18 uşağın dişini müayinə və müalicə ediblər. Uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönələn Azercell-in ən müasir tibbi avadanlıqla təchiz edilmiş “Mobil Diş Klinikası”, demək olar ki, ölkəmizin bütün bölgələrində təcili qayğıya ehtiyacı olan insanlara pulsuz tibbi yardımını davam etdirməyi planlaşdırır. DİA.AZ bildirir ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” da Azercell-in uğurlu layihələrindəndir. Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilidir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri də əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqların, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar. İyul ayında Klinikanın həkimləri tərəfindən “Qızıl Aypara Cəmiyyəti”nin təşkilatçılığı ilə 42 kimsəsiz və aztəminatlı şəxs müayinə və müalicə edilib. “Duyğu" Sosial Reabilitasiya İctimai Birliyində isə 35 uşaq klinikanın pulsuz yardımından yararlanıb, ehtiyacı olanlar pulsuz eynəklərlə təmin olunub. Məlumat üçün bildirək ki, layihə çərçivəsində təkcə ötən ildən etibarən ümumilikdə “Mobil Göz Klinkası”nda 1500-dən artıq şəxs müayinədən keçib. Geri qayıt |