Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Tovuzda şəhid adına daha bir hörmətsizlik

Tovuzda şəhid adına daha bir hörmətsizlik


7-09-2018, 12:58
Tovuzda şəhid adına daha bir hörmətsizlik
Tovuz rayonu, Alakol kəndinin məktəbliləri hərbi tibb məntəqəsində təhsil alırlar.
"Kommersant.az"ın məlumatına görə, buna səbəb 2016-cı il, mayın 2-də şəhid Nurəddin Sadıqov adına tam orta məktəbin binasında baş verən yanğın olub. Həmin ilin 4 mayından etibarən yanaraq yararsız hala düşən məktəbin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirməyə başlayıblar. Rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov mediaya açıqlamasında 2016-2017-ci tədris ilində Alakol kəndində yeni məktəb binasının inşa ediləcəyini desə də, problem hələ ki, həllini tapmayıb.

Qeyd edək ki, məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarət olub. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından, məktəb binası iki növbəli fəaliyyət göstərirmiş. Hazırda isə Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

Tovuz rayon, Alakol kənd sakini Nəsir Əhmədli redaksiyamıza açıqlamasında bildirib ki, bu kənddəki 2 orta məktəbin heç birinin binası yoxdur:

"Kənddə heç vaxt müasir tipli bina tikilməyib. Bir məktəbin şagirdləri keçmiş kolxoz idarəsinin binasında, digərləri isə tibb məntəqəsinin darısqal binasında təhsil alırlar. Nurəddin Sadıqov adına tam orta məktəb kəndin ən qədim məktəbidir - 1924-cü ildə tikilib. Həmin məktəbə müvəqqəti istifadə üçün tikililər əlavə etmişdilər. Həmin tikililər isə 2016-cı ilin 2 mayında yandı. Sonradan ərazidə tikinti işlərinə başlasalar da, müəyyən müddətdən sonra daşları söküb apardılar. Köhnə binanın isə üstünü tamamilə söküblər. Bu, ürəkağrıdıcı mənzərədir. Düşünürəm ki, onu muzeyə çevirmək olardı".

"515 imzalı məktuba cavab gəlməyib"

Kəndin digər sakini Vüqar İsmayılov isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, şəhidin adını daşıyan məktəbin hazırki vəziyyətdə olması ilk növbədə yeniyetmələrin vətən sevgisinə mənfi təsir edə bilər:

"Şərait olmayan yerdə təhsilin gələcəyi də sual altındadır. Təxminən 10 gün əvvəl 515 imza ilə prezidentə və Təhsil Nazirliyinə məktub göndərmişik. Hələ ki, məktuba cavab gəlməyib. Kənd sakinləri dəfələrlə Tovuz rayon icra başçısının qəbulunda olublar. Cavab verilib ki, məktəb tikiləcək. Ancaq konkret vaxt deyən yoxdur. Yanan məktəbin daşlarını rayonun keçmiş icra başçısı Tofiq Zeynalov öz tikintisi üçün taladı".

"Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər"

Problemin həlli ilə bağlı görülən işlər barədə məlumat almaq üçün Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hacıyeva ilə əlaqə saxladıq. V.Hacıyeva redaksiyamıza açıqlamasında bildirdi ki, məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə yazılı müraciət edilib:

"Yəqin ki, 2019-cu ilin yanvarından məsələ ilə məşğul olacaqlar. Bu yay olmalı idi. Təhsil Nazirliyinin atdığı addımdır, Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu işlərlə məşğul olur. Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər. Oranın ikinci mərtəbəsi boşdur. 1-ci mərtəbədə isə məntəqə yalnız 1 otaqda yerləşir. Bina yanandan sonra aidiyyatı yerlərə məktublarımızı göndərmişik. Ağstafada yerləşən 6 saylı Təchizat İdarəsi də məsələdən məlumatlıdır. Tovuz rayonunda məktəb binası tikiləcək olsa, ilk növbədə Alakol kəndində inşa ediləcək".

Cəsarət Valehovdan "cəsarətli" açıqlama

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirdi ki, əgər Tovuz rayon Təhsil Şöbəsi məsələ ilə bağlı nazirliyə müraciət edibsə, müvafiq strukturlar tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək:


Geri qayıt