Əsas Səhifə > Güney Press, Reklam > Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı


10-09-2018, 17:33
Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı
DİA.AZ: - “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni dərs ilinin başlamasını və tələbələrin startap sahəsinə yüksək maraq göstərməsini nəzərə alaraq 3-cü inkubasiya proqramına müraciət müddətini uzatmaq qərarına gəlib. “Barama İnkubasiya Proqramı 2018”də iştirak edib, öz innovativ ideyalarını biznesə çevirmək, uğurlu karyera qurmaq istəyənlər 30 sentyabra qədər gate.barama.az linkinə daxil olaraq onlayn qaydada müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

DİA.AZ bildirir ki, onlayn qeydiyyatdan sonra startapların təqdim etdiyi layihələr Barama heyəti tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələdə biznes planları ilə birgə layihələrini əyani şəkildə təqdim edəcəklər. İkinci seçim mərhələsini də uğurla keçən komandalar Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcəklər. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə

çevrilməsinə şərait yaradır. Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.

Geri qayıt