Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı gömrük rəisi gigiyenik xəstəlik biznesi qurub

Bakı gömrük rəisi gigiyenik xəstəlik biznesi qurub


11-09-2018, 15:51
Bakı gömrük rəisi gigiyenik xəstəlik biznesi qurub
Elə bil ki, gömrüyün alnına “vətəndaşın bəlası ol” yazılıb. Bu ölkənin gömrüyü haçan düzələcək?

Cahan.İnfo-nun verdiyi xəbərə görə, növbəti analoqsuz hadisə haqda məlumata hüquqşünas Səbuhi Axundovun statusunda rast gəlmək olur.

Bakı Baş Gömrük İdarəsinin yeni rəhbərliyi elə bir gülünc tələblər qoyub ki, sahibkarlar da mat qalıblar.

Hüquqşünas yazır: “Bakı Baş Gömrük İdarəsində dedilər ki, bir öhdəlik var, ona imza atmasan malı buraxmayacağıq. Dedim, verin imzalayım. Məcburam, mal çıxmalıdır. İki gündə gördüklərimdən o hala düşmüşəm ki, nə mahnı çalsalar oynayacam.

Təki burdan tez çıxım gedim.Baxıram ki, nə yeyiləcək, nə də içiləcək olan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan heç bir hala yaxından uzaqdan əlaqəsi olmayan idxal etdiyimiz dəmir parçasına görə 15 gün ərzində gigiyenik sertifikat gətirməliyəm.
Mən hüquqşünasam və yaxşı bilirəm ki, imza atmaq nə deməkdir. Amma o sənədi imzaladım. Görəvli qardaşa da dedim ki, bu sertifikatı sizə indiyə kimi heç gətirən olub?”

Gömrük əməkdaşı isə ona cavab verib ki, bəli, Səhiyyə Nazirliyinin müvafiq şöbəsi verir: “Gülərək bildirdim ki, dəmir parçasına görə gigiyenik sertifikatı istəyənlə, onu verən vəzifə sahibinə tabeyiksə vay bizim halımıza. İndi təsəvvür edirsizmi gömrükdəki vəziyyət səhiyyədəkindən heç də geri qalmır.

Bu yerdə adam astronom olmaq istəyir. 2-3 günə xaricdən gələn malınızı, iki dəfə ondan çox vaxt sərf edib çıxara bilməyiniz üçün gömrükçülər sizdən “sağlamlıq arayışı” da tələb edə bilərlər. Qanunu boş verin. İki günə o qədər şey görmüşəm ki, danışmaqla bitməz”.

S.Axundovun sarkazmla, ironiya ilə yazdığı bu faciəli faktlar doğurdan da dəhşətlidir. Gömrük idarəsi dəmir parçasının buraxılması üçün gigiyenik sertifikat tələb olunur.

Yaxşı ki, sahibkarın qanından analiz götürülməyib, dəmir parçasının QİÇS xəstəliyindən əziyyət çəkməsi yoxlanılmayıb.
\\cahan.info\\
Geri qayıt