Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Qanunsuz şəkildə vəkil adından istifadə edir..."
"Qanunsuz şəkildə vəkil adından istifadə edir..."12-09-2018, 14:59 |
Bakı şəhəri, Yasamal rayon, Ə. Haqverdiyev küç.48 ünvanında yaşayan Zaur Nəcəfov özünü vəkil kimi təqdim edən Tağı Hüseynov tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. O, bununla bağlı “Qafqazinfo”ya müraciətində qeyd edib ki, bu il mayın 24-də özünü vəkil kimi təqdim edən Tağı Hüseynovun qəbulunda olub: “Onu bir müddət bundan əvvəl Lider TV-də yayımlanan “Tağı ilə qaynar müzakirə” verilişindən tanımışam, həmin verilişin aparıcısı idi. Ofisi Səbayıl rayonunda Gənc tamaşaçılar teatrının yanında yerləşir. Aygün adlı katibə məsləhət almaq üçün məndən 30 manat pul aldı. Əvəzində isə çek vermədi. Daha sonra Tağı Hüseynovun yanına getdim. O isə mülki problemimlə bağlı məsələmdə mənə hüquqi yardım etmədi. Dərhal 39-cu polis bölməsinə gedib şikayət etsəm də, ərizəmi götürməkdən imtina etdilər. Vəkillər Kollegiyasına da müraciət etdim, ordan dedilər ki, bizdə Tağı Tofiq oğlu Hüseynov adlı vəkil yoxdur və qanunsuz şəkildə vəkil adından istifadə edir.” Kollegiyanın Rəyasət Heyətindən də “Qafqazinfo”ya həmin adda vəkilin olmadığını təsdiqləyiblər. Şikayətçinin verdiyi nömrə vasitəsilə hüquq firması ilə əlaqə saxlmağa çalışsaq da, zənglərimizə cavab verilməyib. Qeyd edək ki, Tağı Hüseynov təkcə "LİDER"də deyil, digər özəl telekanallarda da vəkil kimi təqdim olunub. Geri qayıt |