Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rza İbadov Bakıdadır...
Rza İbadov Bakıdadır...17-09-2018, 12:51 |
Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov yenidən Bakıya gəlib. Modern.az saytının məlumatına görə, Rza İbadov 2-3 gün öncə Bakıda gəzərkən görünüb. Onun Azərbaycana səfərinin şəxsi xarakter daşıdığı bildirilir. Əməkdaşımız Rza İbadovun özü ilə əlaqə saxlamağa çalışsa da, cəhdləri nəticə verməyib. Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub. 2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub. Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib. Geri qayıt |