Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xətaidə 100 illik möhtəşəm qeyd olundu

Xətaidə 100 illik möhtəşəm qeyd olundu


19-09-2018, 12:00
Xətaidə 100 illik möhtəşəm qeyd olundu
DİA.AZ: - Xətai rayonunda Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli toplantı keçirilib.

İH-dən DİA.AZ-a daxil olan xəbərə görə, tədbirdən əvvəl Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon prokurorluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri Heydər Parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoyublar.

Xətaidə 100 illik möhtəşəm qeyd olundu

İcra hakimiyyəti aparatının akt zalında keçirilən toplantıda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov prokurorluq orqanlarının dövlətin hüquq sitemindəki yerindən və ölkədə qanunun aliliyinin təmin olunmasındakı rolundan danışıb. Bildirib ki, prokuror peşəsinə və bu vəzifəni daşıyan insanların zəhmətinə Heydər Əliyevdən dəqiq və yüksək qiymət vermək çox çətindir: “Ulu öndər deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız””.

Çıxışının sonunda rayon prokurorluğunun simasında ölkənin bütün prokurorluq orqanlarında çalışan insanları təbrik edən natiq çətin və şərəfli işlərində onlara uğurlar diləyib. Əmin olduğunu bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində prokurorluq orqanları, o cümlədən Xətai Rayon Prokurorluğu qüvvələrini heç zaman əsirgəməyəcək.

Xətaidə 100 illik möhtəşəm qeyd olundu

Tədbirdə geniş məruzə ilə çıxış edən Xətai rayon prokuroru Yusif İldırımzadə qeyd edib ki, Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə şərəfli yol keçib. O, qeyd edib ki, prezident İlham Əliyev prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirib. Prokurorluq orqanlarının fəaliyyəti və strukturu son dərəcə təkmilləşdirilib, kadr potensialı gücləndirilib, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması, habelə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.

Xətaidə 100 illik möhtəşəm qeyd olundu

Toplantıda çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov, icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pənah İmanov və başqaları prokurorluğun 100 ildə keçdiyi inkişaf yolu, prokurorluq orqanlarında qanunçuluğun qorunmasını, cəmiyyətdə bu dövlət təsisatına ictimai etimadın artdığını, nüfuzunun yüksəldiyini xüsusi qeyd edərək bu orqanlarda çalışan əməkdaşlara yeni-yeni nailiyyətlər arzulayıblar.

Sonda rayon prokurorluğunun fərqlənən bir neçə əməkdaşına Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.

Xətaidə 100 illik möhtəşəm qeyd olundu
Xətaidə 100 illik möhtəşəm qeyd olundu
Xətaidə 100 illik möhtəşəm qeyd olundu
Xətaidə 100 illik möhtəşəm qeyd olundu


Geri qayıt