Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK

Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK


20-09-2018, 11:49
Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK
Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyev işdən çıxarılıb. Bununla bağlı icra başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb. Bu barədə saytımıza meriyadakı mənbələrdən məlumat daxil olub.

R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub. Məhz H.Əliyevin göstərişi ilə R.Quliyev gənc yaşlarında yüksək vəzifəyə təyinat alıb – 31 yaşlı Quliyev Bakı şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri təyin edilib. Buna qədər isə R.Quliyev “Səs” qəzetnin baş redaktor müavini və 30 saylı DSK-nın (Səbail) sədri olub. Bu vəzifələrdə etimadı lazımınca doğruldan R.Quliyev H.Əliyevin təşəbbüsü və göstərişi ilə gənc ikən yüksək vəzifəyə təyin edilib.
18 il şəhər təsərrüfatının rəhbərliyində qüsursuz işləyən R.Quliyev meriyanın aparat rəhbərinə qədər yüksəlib.
\\musavat.com\\
Geri qayıt