Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı Tekstil Fabriki üçün "Azərbaycan" adı bu qədərmi yaddır?

Bakı Tekstil Fabriki üçün "Azərbaycan" adı bu qədərmi yaddır?


24-09-2018, 11:49
Bakı Tekstil Fabriki üçün "Azərbaycan" adı bu qədərmi yaddır?
Bakı Tekstil Fabrikinin istehsal etdiyi məhsullar üzərində olan etiketlərdə Azərbaycan dövləti adına böyük sayqısdızlığa yol verilib. Gundeminfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda istehsal edilən paltarların üzərində Made in Azərbaycan sözündə dövlətimizin adı kiçik hərflə yazılıb.

İstehsal edilən məhsulların üzərində Azərbaycan istehsalı olduğunu bildirən "Made in Azərbaycan" brendinin əlavə edilməsi yaxşı hal olsa da, əslində etiket üzərində istifadə, yuma qaydalarına dair xüsusi işarələrdə də ciddi yanlışlıqlara yol verilir. Əllə yuyulma qadağan edilsə də avtomat vasitələrdə, neçə dərəcə selsi tempraturda yuyulması da göstərilməyib.

Gundeminfo.az xəbər verir ki, BTF-in paltarlar üzərinə vurduğu etiketlərdə ümumiyyətlə heç bir standart qeyd olunmayıb.
Bu həm də dövlət başçısının "Made in Azərbaycan" etiketinin dünyada tanıdılması, ixracatın stimullaşdırılmasına dair verdiyi tapşırıqlara da yumşaq ifadə etsək sayqısızlıqdır. Etiket üzərində yarı Azərbaycan, yarı ingilis dilində anlaşılmazlıqlar yer alıb. Mövzu ilə bağlı fabrikin rəsmi mövqeyini öyrənmək mümrün olmayıb.

Bakı Tekstil Fabriki üçün "Azərbaycan" adı bu qədərmi yaddır?

Geri qayıt