Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanlı yüksək çinli məmur dişlərinə 600 min manat xərcləyib?

Azərbaycanlı yüksək çinli məmur dişlərinə 600 min manat xərcləyib?


28-09-2018, 15:36
Azərbaycanlı yüksək çinli məmur dişlərinə 600 min manat xərcləyib?
Azərbaycanlı məmurların və onların yaxınlarının müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı xarici ölkələrə üz tutması heç kimə sirr deyil.
Bu qisim insanların Azərbaycan səhiyyəsində etibar etdikləri yeganə sahə stomatologiya sayılırdı. Belə bir etimad ölkəmizdə bu sahədə həm yüksək səviyyəli mütəxəssislərin, həm də ən müasir tibbi avadanlıqların varlığı ilə əlaqələndirilirdi.Ancaq deyəsən, bu sahəyə də inam itmək üzrədir.

Faktinfo.az-ın əldə etdiyi ilginc məlumata görə, Azərbaycanın hələlik kimliyini tam dəqiqləşdirə bilmədiyimiz iri çinli məmurlarından biri dişlərin müalicəsini və yenidən bərpasını İsraildə həyata keçirib.

Deyilənə görə, həmin məmur bu iş üçün 600 min manat vəsait xərcləyib. Əgər bu xəbər həqiqətən özünü doğruldacaqsa, onda təsəvvür etmək olar ki, həmin məmur digər orqanlarının müayinəsi və müalicəsi üçün nələrdən keçər.

Faktla bağlı araşdırmalarımız davam edir...

Geri qayıt