Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Yapı Kredi Bank”da ixtisar?
“Yapı Kredi Bank”da ixtisar?1-10-2018, 13:13 |
Dünyada inkişaf edən bank sektoru Azərbaycanda hələ də tam təşəkkül tapa bilmir. Bu sektorda mütəmadi olaraq özünü göstərən problemlər bankların fəaliyyətinə təsirsiz ötüşmür. Bakıda fəaliyyət göstərən "Yapı Kredi Bank"-ın Yasamal filialına gedən Cebhe.info əməkdaşı burada müştərilərin saatlarla gözlədilməsinin şahidi olub. Sözügedən bankda yalnız bir kassanın fəaliyyət göstərməsi isə müştərilərə ciddi problem yaradıb və narazılığa səbəb olub. Bu vəziyyət bankda əməkdaşların ixtisara salınması fikrini yaradıb. Xatırladaq ki, belə vəziyyət tək sözügedən bankda deyil, digərlərində də mövcuddur. Banklarla bağlı narazılıqlar bununla yekunlaşmır. Bankdan pul göndərmək və ya pul çıxarmaq istəyənlər şənbə və bazar günləri bunu edə bilmir. Bəzi banklar həftəsonu saat 14:00-a qədər işləsə də, bir çoxları ümumiyyətlə, qapısının qıfılını açmır. Eksprtlər bildirir ki, banklarda bu cür vəziyyətin mövcud olması kadr çatışmazlığından irəli gəlir. Yəni, kifayət qədər işçi olmadığından bir neçə kassa yerinə biri işləyir, şənbə və bazar isə ümumiyyətlə, işləmir. Son məlumatlara görə, banklarda kreditlərin verilməsi azaldığından işçi artıqlığı yaranıb. Bu səbəbdən də bəzi banklar filiallarını ya bağlayır və ya birləşdirir. Həmçinin onlayn xidmətlərə (internet bankinq, mobil bankinq) keçid başladığından işçilərə təlabat da azalıb. Banklar xərclərini azaltmaq üçün işçilərini ixtisar etmək məcburiyyətində qalır. Son rəqəmlərə görə, Azərbaycanda bank seektorunda 17 min nəfər çalışır. Geri qayıt |