Əsas Səhifə > Güney Press, Reklam > Qəbələdə “Bakcell”in yeni Satış və Xidmət Mərkəzi açıldı
Qəbələdə “Bakcell”in yeni Satış və Xidmət Mərkəzi açıldı2-10-2018, 15:59 |
DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Qəbələ şəhərində yeni Satış və Xidmət Mərkəzini istifadəyə verib. DİA.AZ xəbər verir ki, şirkətin satış və xidmət şəbəkəsinin genişləndirilməsi planı çərçivəsində açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə bütün növ müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda mobil cihazlar, nömrə və aksessuarlar əldə etmək imkanı verir. “Bakcell özünün ən innovativ məhsul və xidmətlərini və ölkənin ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün xüsusi strategiya həyata keçirir. Qəbələ rayonu da bu strategiyada xüsusi yerə malikdir.Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz Qəbələ daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Qəbələdəki 4G stansiyalarının sayıartıq 6-ya çatıb və biz burada4G şəbəkəsinin daha da genişləndirilməsi üzərində işləyirik. Bundan başqa, 16 regionda pulsuz 5 GB internet kampaniyası həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Burada yaşayan abunəçilərimiz oktyabrın sonuna kimi pulsuz internet paketi vasitəsilə 4G şəbəkəsinininüstünlüklərini sınaqdan keçirə bilərlər”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib. Yeni Satış və Xidmət Mərkəzin açılış mərasimində Şirkətin "WiFirouter"adlanan yeni məhsulu da müştərilərə təqdim edilib. Heç bir kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən 32-yə qədər cihazı yüksəksürətli İnternetlə təmin etmək imkanı verən bu yeni məhsulun satışına artıq başlanılıb. Qəbələdə yeni Satış və Xidmət Mərkəzinin açılışı münasibətilə burada yaşayan əhali bir ay müddətində mobil telefonlara 10%-ə qədər endirim ala, eyni zamanda telefon alarkən pulsuz nömrə və aksessuar əldə edə biləcək. Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrinigenişləndirməyə davam edəcək. Geri qayıt |