Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"

"İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"


5-10-2018, 12:00
"İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"
Beyləqan rayon sakini Sadıqova Nazilə Baxış qızı “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinovdan şikayətçidir.

Nazilə Sadıqovanın AzFakt.com-a verdiyi məlumata görə, Beyləqan şəhər Sevil Qazıyeva küçəsində ona məxsus mağaza fəaliyyət göstərir. İki ay öncə mağazanın yanında böyük bir obyekt tikintisinə başlanılıb: "Həmin tikinti başlanılanda “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin müdiri İbrahim Şirinov yaxınlıqdan keçən yüksək gərginlikli ellektrik xəttinin yerini dəyişdirməklə mənə məxsus obyekti təhlükə altında qoyub. Belə ki, yeni tikilən obyektin üstündən çıxarılan elektrik xətti hazırda mağazamızın üstündən keçir".

Şikayətçi bildirir ki, mağazada yaranmış tühlükəli vəziyyətlə bağlı dəfələrlə “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan şöbəsinin rəisi İbrahim Şirinova müraciətlər olunsa da, şöbə müdiri heç bir tədbi görmək istəmir.

Nazilə Sadıqovanın şikayəti əsasında AzFakt.com-un apardığı kiçik bir araşırmada məlum oldu ki, vətəndaşın mağazasının üstündən keçən yüksəkgərginlikli xətt həmdə Namiq Allahverdiyev adına Beyləqan şəhər 1 saylı orta məktəbin həyətindən keçir. Məlumata görə, şöbə rəisi İbrahim Şirinov ərazidə yeni tikilən obyekt sahibi ilə hansısa şərtlər əsasında "anlaşaraq" belə bir addım atıb. Yəni bir obyektin üstündəki yüksəkgərgunlikli xətti götürüb, digər obyekti və məktəbi təhlükəyə atmaq İbrahim Şirinov üçün niyə maraqlı olsun?

Saytımız vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək Beyləqan Satış şöbəsi müdiri İbrahim Şirinovun qanunsuz əməllərinin araşdırlmasını istəyirik.

Ən azından yüksəkgərginlikli elektrik xəttinin məktəb ərazisindən keçməsi ən böyük qanun pozuntusudur. Çünki məktəblilərin ərazidə olduğu vaxtda hansısa bir qəza hadisəsi baş verərsə, yaxud elektrik xətti qırılıb təhsil ocağının həyətinə düşərsə nələrin olacağı göz önündədir. Və yaxud İbrahim Şirinov kimi məmurun çəkdirdiyi yüksəkgərginlikli eletrik xəttinin sabah qırılmayacağına kim zəmanət verə bilər ki?

Məhz buna görə də aidiyyatı qurumlar qeyd etdiyimiz əraziyə baxış keçirərək yüksək gərginlikli elektrik xəttinin təhsil ocağının həyətindən çıxarılmasına qərar verməlidirlər. Bildirək ki, Beyləqan Satış şöbəsinin müdiri İbrahim Şirinov hər yerdə keçmiş "Azərişıq" sədri, indiki "Azərenerji" prezidenti Baba Rzayevin yaxın adamı və onun kadrı olduğunu deyir. Bu yaxınlığın isə İbrahim Şirinovun əmisi, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsi müdirinin müavini Şirin Şirinov vasitəsi ilə yarandığını dilə gətirir.

Məhz bu amili nəzərə alaraq "Azərenerji" prezidenti Baba Rayevdən xahiş edirik ki, Beyləqan rayon sakini Nazilə Sadıqovanın obyekti üzərindən qanunsuz şəkildə keçən təhlükəli yüksəkgərginlikli elektrik xəttinin götürülməsinə köməklik göstərsin.

Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini verməyə hazırıq

"İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"
"İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"
"İbrahim Şirinov obyektimi təhlükə altında qoyub"



Geri qayıt