Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ceyhun Bayramovun adamı nədən narahatdır?
Ceyhun Bayramovun adamı nədən narahatdır?8-10-2018, 14:53 |
Beyləqanın təhsil şöbəsinin müdiri, adı zaman-zaman müztəlif qalmaqalarda hallanan Xuraman Rüstəmova təyin olauncaq yeni icra başçının onunla yolları ayıracağından əndişəyə düşüb Əldə etdiyimiz məlumatlara görə, Xuraman Rüstəmova Bakıda repetitor yanına gedən şagirdlərin valideylərinə müraciət edərək şagirdlərin lazım olanda Beləqana gəlməsini xahiş edib. Lakin bir çox valideyn üçün bu çox ciddi problemlər yaratdığı üçün bəzi valideynlərin Xuraman Rüstəmovaya qəti etiraz etdikləri bildirilir. 3 gün öncə prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad edilən Beyləqan icra başçısı Vaqif Abdullayevdən sonra Beyləqanda bir çoxları təlaş və təşviş içindədirlər. Yerli idarə müdirlərinin və təşkilat rəhbərlərinin təşvişlər ilə bağlı MilliYol-a ilginc məlumatlar daxil olmaqdadır. Belə ki, hazırda bir sıra idarə müdirləri öz talelərindən ciddi narahat olmağa başladıqları bildirilir. Gəncədə və Bakıda hazırda aparılan “təmizləmələrə” baxılırsa, Beyləqan məmurlarını başa düşmək olar. Bəzi idarə müdirləri isə Vaqif Abdullayevi zamanında yol verdikləri qanunsuzluqların ortaya çıxmasından qorxurlar. Vaqif Abdullayev dönəmində Beyləqanda qanunsuzluqlar o qədər çox olub ki, bunları sadalamaqla bitməz. MilliYol-a verilən məlumatda bildirilir ki, Vaqif Abdullayevin Beyləqanı tərk etməsindən sonra ən çox narahat olan kadrlardan biri də Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rütəmovadır. Vaqif Abdullayev tərəfindən şöbə müdiri vəzifəsinə təyinat aldıqdan sonra özü və oğlanları ilə müxtəlif qalmaallarda adı hallalanan Xuraman Rütəmovanın isə narahat olmaq üçün çoxlu əsasları var. Bu əsaslardan biri və birincisi son iki ildə Xuraman Rüstəmovanın Beyləqanın təhsil ocaqlarının “açıq bazara” çevirməsidir. Xatırladaq ki, Xuraman Rüstəmiva haqqında mətbuatda yayılan ən son xəbərdə bildirilirdi ki, Beyləqan rayon Təhsiş şöbəsinin müdirəsi Bakıda repetitor yanına gedən 70-dan artıq şagirdi Allahyarlı və Bolsulu kənd məktəblərinə yerləşdirib. Məlumatda bildirilirdi ki, hər şagirdin bir illik “təhsilinə” görə uşaqların valideynlərindən 1000 manat “təhsil haqqı” alır. İddiya görə həmin valideynləri Xuraman Rüstəmovanın yanına Təhsil naziri Ceyhun Bayramovun köməkçisi göndərirmiş və şagirdlərin valideynlərindən alınan pulları isə nazir köməkçisi ilə şöbə müdiri yarı bölüşülürmüş. Təbii ki, yeni başçı tərəfindən təkcə bu faktın yoxlanılması Xuraman Rüstəmova üşün yaxşı heç bir şey vəd etmir. Elə bu üzdəndə əldə etdiyimiz məlumatlara görə, Xuraman Rüstəmova Bakıda repetitor yanına gedən şagirdlərin valideylərinə müraciət edərək şagirdlərin lazım olanda Beləqana gəlməsini xahiş edib. Lakin bir çox valideyn üçün bu çox ciddi problemlər yaratdığı üçün bəzi valideynlərin Xuraman Rüstəmovaya qəti etiraz etdikləri bildirilir. MilliYol.az-a Beyləqandan daxil olan başqa bir məlumatda isə vurğulanır ki, icra başçısı Vaqif Abdullyevin vəzifəsindən azad olunmasından sonra Təhsil şöbəsi müdiri Bolsulu yolunun üstündə yeni inşa etdirdiyi obyektinin tikintisini yarımçıq qoyub. Məlumata görə Xuraman Rüstəmovanın yeni obyektinin tikintisinin yarımçıq qoyma səbəbi, rayona təyin ediləcək yeni icra başçının onunla yolları ayıracağından əndişəyə düşməsidir. Bildirək ki, şəhər 3 saylı orta məktəb direktorluğundan Təhsil şöbəsi müdiri vəzifəsində təyinat aldıqdan sonra Xuraman Rüstəmova Beyləqan şəhərində xeyli sayda obyeklər alıb. Ayda 600-700 manat maaş alan təhsil şöbə müdirinin işlədiy iki il müddətində rayonda bir neçə ev və obyekt tikdiməklə bərabər həmçinin paytaxt Bakıdada bir neçə ev aldığı bildirilir. Bundan başqa Xuraman Rütəmova oğlanlarına bir neçə bahalı avtomobil də alıb. Bütün bunlar təbii ki, Xuraman Rüstəmovanın 600-700 manat maaşı ilə başa gəlməyib... Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |