Əsas Səhifə > Güney Press, Reklam > “Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı

“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı


9-10-2018, 12:11
“Nar” gənclərə uğurlu karyera qurmaları üçün  fürsət yaratdı
DİA.AZ: - “Nar” Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. "Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, qrafik dizayneri, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. 40-a yaxın şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Stend ziyarətçiləri “Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər. Oktyabrın 5-də keçirilmiş sərgini 900-dən çox insan ziyarət edib.

Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında “Nar” operatoru “Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.

DİA.AZ xəbər verir ki, mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Geri qayıt